خدافرين

“Osmanın qanlı köynəyi”

 

A. Bahrul-ülumi

Bəzi tarixi hadisələrin efekti bir o qədər geniş olur ki ,əsirlər boyunca cərəyan edən bir çox məsələni izah etmək üçün təki həmin tarixi hadisəyə işarə etmək yetərincə qənaətbəxş olur . Şübhəsiz 3-cü xəlifə Osmanın qətli və onun qətlindən sonra cərəyan edən macəralar həmin hadisələrdən biridir.
İnsanların qəfləti və şeytani hilələrə uymasının , həmin fitnənin uğur qazanmasındakı rolu çox böyükdür . Belə ki hadisədən sonra Osman əleyhinə ən kəskin və hədələr dolu çıxışların sahibi və daha doğrusu Osmanın əsil qatilinin yalançı hay-küylərinə uyaraq "Qanlı köynəyi" Ələm edənlərin sırasında heç kimin ağılına belə gəlmədi ki , " Kainatın sirlərini məndən soruşun" deyən şəxsin əzəmətinə, Osmanın qətlinə fikirləşmək kimi ucuz hərəkət heç vaxt yaraşmaz. "Qanlı köynəyi" Ələm edənlərin hilələrinə uyanların, ədalətin simvolu və insan övladının fəxri olan Əli ibni Əbitalib (ə)-ın əzəmətini və böyüklüyünü görə bilməyəcək qədər ucuzluqları və alçaqlıqları elə idi ki ,hətta gözləri ilə görüb , qulaqlarilə eşitdiklərini belə yadlarına sala bilmədilər və heç düşünmədilər ki, Osmanın əleyhinə ən kəskin çıxışlar və hətta onun qətlinin vacibliyi barədə sözlər, elə onun "Qanlı köynəyini" Ələm edənlərin tərəfindən söylənilirdi. Hərçənd belə bir utanmazlığı və viqahəti təkcə şeytan və ona məxsus qulluqçularından görmək olar amma eyni halda belə bir fitnəkarlıq üçün xas bir zaman çərçivəsi təyin etmək də olmaz, həm də ona görə ki, şeytan və onun bəndələri inqiraz-i aləmədək şeytanlıqlarından əl çəkməyəcək, həqiqəti kölgəyə salmaq istiqamətində heç nəyi əsirgəməyəcəklər.
Bunun bariz nümunəsini çağdaş dövrümüzdə İrana qarşı "Böyük Şeytan" tərəfindən irəli sürülən ittiham və iftiralarda da görmək olar .Necə də əsas oxşarlıqlar var, İranın nüvə fəaliyyətləri ilə bağlı cərəyan edən müasir çəkişmələrlə , "Osmanın qətlinin" cərəyanı arasında.
İranın nüvə fəaliyyətləri məsələsində də "Osmanın Qətli" hadisəsində olduğu kimi əsil suçlu tərəf , haqlı tərəfi tam viqahətlə ittiham etməyə çalışır. Necə ki, "Osmanı qətlə" yetirənlər tarixin ən haqlı tərəfi və daha doğrusu həqiqətin və haqq yolunun göstəricisi və mizanı olan İMAMI suçladılar, indi də şeytan və onun məxsus qulluqçuları onları dünyada məşhur edən sifətləri və daha doğrusu insana qarşı ən qəddar cinayət olan nüvə bombalarından istifadə etmək günahını insanların əbədi səadəti uğrunda özündən belə maya qoyan bir hökumətə yapışdırmaq istəyirlər.
Doğrudan da İrana qarşı "Nüvə İşi" məhz "Osmanın Qanlı köynəyi" ilə müqayisə edilə bilər. Amma Osmanın qanlı köynəyi cərəyanını xatırladan məqamlar təki İranın böyük şeytan qarşısındakı dirənişi və müqaviməti kimi böyük qayə və amallarının əzəməti müqabilindəki böyük və ağır iftira və ittihamlarla xülasələnmir . Bəzən həmin əzəmət müqabilində elə ucuz və alçaq ittihamlar səsləndirilir ki, necə deyərlər bişmiş toyuğu belə güldürür. Buna örnək də Azərbaycan Respublikasının baş prokuroru "Zakir Qaralov"-un son vaxtlar parlamentin açıq iclasındakı çıxışında İrana qarşı köhnə və əsassız bir iddianı təkrarlamasıdır. Qaralovun vaxtından 13 ilin ötüb keçməsinə baxmayaraq akademik Ziya Bünyadovun məlum qətli ilə bağlı İranı suçlamasını da yenə "Osmanın Qanlı" köynəyindən başqa heç nəyə bənzətmək olmaz . Buna dəlalət edən faktları təkrar sadalamaq heç lazım deyil, çünki belə bir gülünc oyun və viqahətə şahid olanlar , çox gözəl bilirlər ki , Ziya Bünyadovun qətli, kimlərə yol açıb və kimlərə xeyir-mənfəət qazandırıb və eyni halda yaxşıda bilirlər ki, həmin məşhur İranşünasın ölümü ilə onsuz d Az. R. adlanan və sionistlərin tapdağı altına düşmüş dolğun bir mədəniyyətin qoparılmış hissəsində necə də İran və İran mədəniyyəti məzlum olub və ciddi müdafiəçilərindən birini itirmişdir.
Bütün bu həqiqətlərə rəğmən hazırkı məqamda belə bir gülünc iddianın təkrarlanmasında güdülən məqsəd həmin iddia qədər ucuz və alçaq görünür.
Nə bilim əsası Sionist ərbablara qulluqla qoyulmuş bir qurumun, sıradan bir masasını daha neçə il müddətində əldə saxlamaq üçün ərbabların xoşuna gəlsin deyə İran kimi böyük şeytanları belə dizə çökdürən əzəmətə qarşı milçək sayağı vızıldamanın da qiyməti ,əlbəttə ki şeytan ərbablar tərəfindən görməməzliyə vurulmaz . Amma görəsən böyük şeytanların ən ağır fitnə-fisadları qarşısında sınmaz və sarsılmaz sel-yıxan dağlar sayağı dayanmış İran adlı əzəmət müqabilində , özləri qədər alçaq və ucuz ittiamlarla çıxış edən şeytancıqların bəhrəsi və qazancı nədir? Bu əzəmət müqabilində heç sayılsa da onların alçaqlıqları və ucuzluqlarını qidalandıracaq qədər bəlkə də yetərlidir

پيام هاي ديگران ()        link        ۱۳۸٩/٢/٢٢ - علي اكرام

 

Şimali İranimiz

 yaddan çixmaz

heç zaman!

                                                                                    

 

!Ata yurdu” - tarix kitabı

 

 

Murad Köhnəqala

 

 

 Qeyd olunduğuna görə, kitabın elmi redaktoru əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudlu, rəyçilər isə, tarix elmləri doktoru, professor Süleyman Məmmədov, pedqoji elmlər namizədi, dosent Mübariz Əmirov və Bakı şəhər “Intellekt” liseyinin müəllimi Elmin Imanovdur. Aşağısından yazılıb: “Dərslik metodik cəhətdən Nərgiz Məmmədova tərəfindən işlənmişdir” (Bakı-2008, Askoliqrafiya).
!!“Can Azərbaycan”
Kitaba, mən başa düşə bilmədim, ön sözdü, girişdi, siftədi-nədi, “Vətənim Azərbaycandır!” adlı düz 12 səhifəlik yazı verilib. Bu yazını oxuyanda bilmirsən Zəlimxan Yaquba qulaq asırsan, bilmirsən meyxana yarışındasan, yoxsa rəhmətlik Şirin Zərdablı ilə şirin-şirin söhbət eləyirsən. Yazı başdan-ayağa yersiz-səbəbsiz gur-gur guruldayır. Hər cümlədə - Zəlimxan Yaqubun cümlələri kimi - həmcins üzvlər mütləq sadalanır. Meyxanada olduğu kimi, hər bəndin arxasında cümlələr təkrarlanır. Bəs Şirin Zərdablı haradan yada düşür? Çünki, yazının cümlələri rəhmətliyin prezidentliyə namizəd olanda oxuduğu platformanın cümlələrinə çox bənzəyir. 12 səhifəlik bu yazının sonunda isə belə yazılıb: “Yaqub Mahmudlu, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü”. Sanki şairin şeirlərinə uğurlu yol yazıb. Hər halda mən tarix kitabına yazılan bu siftənin janrını dəqiq müəyyən eləyə bilmədim. Yazı, aşağıdakı xırda başlıqlara bölünüb: “Ulularımızın müqəddəs əmanətidir - Vətən!” “Namusum, qeyrətimdir - Vətən!” “Dünyanın ən qədim məmləkətidir Vətənim!” “Bol sərvətli: min nemətli, qızıl körpü - Azərbaycan!” “Qədim dövlətlər diyarı - Azərbaycan!” “Vətən üçün yaşayanlar yaşadırlar Vətəni!” “Birlik yox olanda yox olur Vətən də!” “Dirçəlir Vətən”… Yarımbaşlıqların hər biri tapança kimi açılan bu sözlərlə qəfil tamamlanır: “Can Azərbaycan!” Həyatında belə bir tarix dərsliyindən istifadə eləməyən vətəndaşlar tamarzı qalmasın deyə, Yaqub müəllimin bu yazısından onlara sürpriz eləmək istəyirəm. Elə ilk cümlələrdən baqşlayaraq ki, 5-ci sinif şagirdinin sentyabr dilxorçuluğunu hərə özündə sınasın: “Vətənim Azəraycandır, ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanəti - Azərbaycan! Atalarımızın hər bir Vətən övladına candan əziz yadigarı - Azərbaycan! Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, bu günüm, sabahım, əbədiyyətimdir”. Bəsinizdimi? Hələ sonra nələr yazılıb… Nə bilim, Vətən bir əmanətdir, əmanətə xəyanət eləməyin və s. Və birdən qara seçmə hərflərlə yazır: “And içirəm Vətən şəhidləri, şəhid babam, atam, anam, qardaşım, bacım… müqəddəs ruhlarınız qarşısında and içirəm: bizə əmanət etdiyiniz müqəddəs Vətən torpağını göz bəbəyi kimi qoruyacağam! Nə qədər canda canım var, sənə sadiq qalacağam, müqəddəs Ata yurdum mənim! Yolunda canından keçməyə hazıram, Azərbaycan, Azərbaycan! Can Azərbaycan!” Necədi səninçün? Əsgərlikdəki andiçmə mərasiminə bənzəmir ki?.. Sonra hər başlıq altında nələr yazır, nələr yazır… Nə bilim, “şanım-şöhrətim, namusum-qeyrətim, vüqarımsan, qürurumu səndən alıram, elim-günüm, yurdum-yuvam, bəxtim-taleyim, gücüm-qüdrətim, arxam-dayağım, əbədi sığınacağım, son mənzilim, əbədiyyətim Azərbaycan!” Arxasınca yenə: “Can Azərbaycan!” Təzədən o məsələ yenə başlayır, nə bilim: “Dünyada hərə öz ölkəsinə bağlıdır, mən də öz ölkəmə - Odlar yurdu Azərbaycanıma bağlıyam. Yer üzünün ən qədim mədəniyyət ocağı, Avropanın ən qədim sakinləri (guya biz! - M.K), Qədimdən də qədim diyarım…” Sonra yenə bir dənə gurultulu: “Can Azərbaycan!” Dayanın, dayanın, hələ qaçmayın, bu hələ harasıdır. Bezdirəcəm sizi. Niyə maraqlanmırsınız, görək, uşaqlarımıza dərsliklərdə nə keçirlər? Xeyri yoxdur, buraxmayacağam sizi, xahiş edirəm, öz cəzanızı çəkibən axıra qədər oxuyun bu yazını! Sonra yazır: “Ulu Tanrı heç nəyi əsirgəməmişdir mənim Vətənimdən - doğma Azərbaycanımdan! Başı qarlı dağları, şəfalı yaylaqları, bağlı-bağatlı, minbir nemətli vadiləri, bərəkətli düzləri, bol sulu çayları: gölləri, ovalıqları, sıx meşələri, ormanları, ucsuz-bucaqsız çölləri, səhralıqları, qışlaqları, gül-çiçəkli çəmənləri, buz bulaqları… var yurdumun!” Bir az nəfəs alın, arxasını gedəcəyik… Hazırmısınız?.. Onda getdik: “Ana torpağımın altı da, üstü də min cür sərvətlə zəngindir. Dünyaya səs salan neftim, qazım, filiz yataqlarım, pambığım, taxılım, ipəyim, çayım, meyvə bağlarım… daha nələrim, nələrim var mənim! Bu bol sərvət, hər cür nemət anamız Azərbaycana, qədirbilən xalqımıza ilahidən bəxş olunub. Bəxş olunub ona görə ki, Vətən övladları heç zaman, heç nəyə möhtac olmasınlar, yadlara əl açmasınlar!” Axırda yenə: “Müqəddəs ata yurdum - Azərbaycan!” Can Azərbaycan!” Hər şeyi var, bircə tarix kitabın yoxdur!
“Qara donlu kafirlər”
Sonra müəllif heç bir tarix göstərmədən, heç bir tarixi mənbəyə istinad etmədən Azərbaycan torpaqlarında tarixən qurulmuş dövlətlərin adını fəxrlə sadalayır. Tarixi düşmənlərimizi isə “qara donlu kafirlər” adlandırır. Müəllif ermənilərə və qeyri-müsəlmanlara öz nifrətini daldeyləyə bilmədiyindən “qara donlu kafirlər” ifadəsini xüsusi qara qrafikada verir. Mətnin qıraqlarını isə müxtəlif şəkillər bəzəyir. Məsələn, hansısa tarixi xəritədən kəsilib götürülmüş, üstündə “Şəki xanlığı”, “Quba xanlığı”, “Təbriz xanlığı”, “Gəncə xanlığı” yazılan bu anlaşılmaz şəkillərin ölçüsü kibrit qutusunun yarısı, yaxud komsomola keçmək üçün tələb olunan fotoşəkil ölçüsündə olar. Bayaqdan sizə sürpriz eləmək istədiyim məsələnin də üstünə gəldik. Məsələ ondadır ki, sən demə, Yaqub Mahmudlu həm də şair imiş. Bəs bayaqdan guruldatdığımız “Can Azərbaycan!” ifadələri elə-belə yaranmayıb ki!!! Yazının düz 11-ci səhifəsində belə bir tükürpədici şer parçası da verilib:
“Şaqqalandı, parçalandı Azərbaycan, Öz içindən parçalanmış Azərbaycan!”
Sonra mötərizə açılıb, arasında yazılıb: Yaqub Mahmudlu. Sonra yenə: “Can Azərbaycan!” Bayaq sizin üstünüzə dirənməyimə baxmayın, artıq mən özüm bıkdım bu yazıdan. Mən başa düşmürəm, bu tarix kitabıdır, yoxsa deklamasiya konspekti?
Babaların əmanəti,
Balaların xəyanəti
Yaxşı, adlayaq əsas dərs mətnlərinə. Birinci paraqrafın adı: “Azərbaycan abidələr diyarıdır”. Mətn yenə başlayır zarıyıb zəhlə tökməyə, nə bilim abidələr tarixin yadigarıdır, babalarımızın qoyub getdiyi müqəddəs əmanət… Axır ki, gəlib çıxır Azıx mağarası haqda məlumat verməyə. Nəhayət, ilk təxmini tarixi rəqəm, Azıx adamı 350-400 min il bundan əvvəl yaşamışdır. Paraqrafın sonu seçmə qara hərflərlə belə qurtarır: “Ulu torpaqlarımızın xeyli hissəsini düşmənlər müxtəlif vaxtlarda ələ keçirmişdir. Bu ərazilərdə onlar özlərinə dövlət də qurmuşlar. Məsələn, hazırkı Ermənistan adlı dövlət də belə yaranmışdır. Xalqımızın yağı düşmənləri həmin torpaqlarımıza yiyələnmək, burada ulu babalarımızın izini itirmək üçün bütün bu abidələri məhv etmişlər. Ulu keçmişimizə, babalarımızın əmanətinə layiqli varis olmaq üçün həmin abidələr haqqında məlumatları dərindən öyrənməli, tarixi həqiqəti bilməliyik. Çünki zaman keçəcək, biz yenidən itirilmiş torpaqlarımızın sahibi olacağıq!” Bax, beləcə gurultulu sözlərlə mətni başa vurub və inanırıq ki, mütləq itirilmiş torpaqları atəşkəs yoluyla geri qaytaracağıq…
Keçi otaran qardaşlar
Ikinci paraqraf çox maraqlıdı, dadlıdı, ləzzətlidi, məzəlidi: “Azıx mağarasının sirri”. Mətnin əvvəlində bu cümlələr qara seçmə hərflərlə beş misralı şeir kimi verilmişdi: “Yüz min illərlə hesablanır Azərbaycan torpağında ömür sürmüş ən qədim insanın - Azıx adamının yaşı!.. Avropanın ən qədim sakinlərindən, dünyanın ən qədim xalqlarından biridir mənim xalqım - Azərbaycan xalqı!” Yaxşı, qoy bir-iki kəlmə də mən deyim. Birincisi, Azərbaycan Asiya qitəsində yerləşir. Azərbaycan insanı da asiyalı insan tipinə aid olunur. Ikincisi, “Azərbaycan xalqı” sözü lap bu yaxınların söhbətidir. Yaxşı, mən bu qədər. Keçək mətnə, görək Azıx mağarasını, əməkdar elm xadimi Yaqub Mahmudlunun bayaqdan dediyi ulu xalqımızın hansı ulu arxeoloqu, hansı ulu alimi kəşf etmişdir. Mən dedim, siz də inandınız… Nə arxeoloq, nə tarixçi, nə ulu alim?! Azıx mağarasını, sən demə, keçi otaran qardaşlar kəşf edibmiş. Mətndə deyilir ki, Bəşir və Lətif adlı iki qardaş Füzuli şəhəri yaxınlığında Kaha dərəsi deyilən qayalıqda keçi otarırmışlar. Qardaşlar keçiləri buraxıb moruq yığmağa gedirlər. Necə deyərlər, “soldat spit, slujba idyot”. Hə, bir də uşaqlar qayıdıb gəlirlər ki, bəs, keçilər yoxdu. Ora keçi, bura keçi… uzaqdan görürlər ki, keçilər bir kahanın ağzına yığışıblar. Yaxınlaşanda görürlər ki, keçilər yenə yoxa çıxdı. Lap sehrli nağıllardakı kimi. Sən demə, keçilər kahaya giriblər. Qardaşlardan Bəşir tayı ağıllı çıxır, ayağındakı qaloşunu kəsib ağaca keçirir və yandırır. Onlar düzəltdikləri bu məşəllə kahanın içinə doğru xeyli irəliləyirlər… Bax, Azıx mağarası belə kəşf olunur. Mətnin axırlarında belə bir ürəkparçalayan epizod yazılıb: “…Azıx sakinlərinin yeməyi qurtarmışdı. Iki gün idi ki, ovçular əliboş qayıdırdılar. Budur, bu gün də ovçu dəstəsi mağaradan çıxıb ova yollandı. Kahada qalanların isə hərəsi bir işlə məşğul idi. Kimi ocağın közünü qoruyur, kimisi ocaq üçün odun, çör-çöp yığır, kimisi də ətrafdan meyvə və s. yem toplayıb gətirirdi. Azıx adamlarının həyatı yem toplayanlardan və ovçulardan asılı idi”. Bu abzas bitdikdən sonra, ovçuları iki gün əliboş qayıdan Azıx sakinlərinin taleyi haqda heç bir məlumat verilmir. Başa düşülmür, əməkdar elm xadimi 5-ci sinif şagirdlərini nə üçün bilə-bilə belə nigaran qoyub? Hər halda arxeoloji qazıntılar nəticəsində “ata yurdu” elminə məlum olmuşdur ki, ulu xalqımızın ulu ovçuları ovdan düz iki gün əliboş qayıdıblarmış.
Novruz, Novruz bahari… Üçüncü paraqrafın adı nə olsa yaxşıdır? “Xalqımızın novruzu”. Bəli, sentyabr ayıdır, dərslər təzəcə başlayıb. Qəfil Novruz bayramı haqda gurultulu bir mətn gəlir. Müəllim də, şagirdlər də çaş-baş qalırlar. Dördüncü dərs “Azərbaycan dövləti Manna” adlanır. Dərhal qara hərfli bir pafos: “Dünyada ən qədim dövlətlər diyarıdır Azərbaycanım mənim!” Mətn başlayır: “Biz indi sizinlə çox uzaq bir keçmişə - üç min il bundan əvvəlki keçmişə - üç min il bundan əvvəlki dövrə səyahətə çıxırıq”. Sanki uşaqları avtobusa doldurub harasa aparırlar. Sonra nağıl başlayır. Manna dövləti haqda dəqiq tarixi bilgilər vermək əvəzinə, düz beş səhifə hansısa, xəyali iki tacirin söhbəti verilir. Maraqlananlar kitabı əldə edib oxuya bilərlər.
Can Yaqub Mahmudlu!
Nə isə, onsuz da, bundan tarix kitabı düzəltmək mümkün deyil. Keçək kitabın lap arxa səhifələrinə. Əlbəttə, bunsuz kitabmı olar? Heydər Əliyevin hakimiyyətə gəlməsi haqda “Yeni Azərbaycan qurucusu” adlı mətn 252-ci səhifədən 283-cü səhifəyə qədər uzanır. Mətndə Heydər Əliyevin düz 12 ədəd şəkli verilib. Insanı bu qədər bayağılaşdırmaqmı olar?. Axı bu fotoalbom yox, tarix kitabıdır. Şəkil demiş, kitabın 215-ci səhifəsində maraqlı bir şəkil də var. Yaqub Mahmudlu və Abel Məhərrəmov yan-yana qurulmuş kürsülərə sinə gəriblər. Misir Mərdanov isə onların arasında məğrur dayanıb. Görünür kitaba bu qədər əziyyət çəkmiş Yaqub Mahmudlu özünü də əbədiləşdirməkdən geri qalmır. Can Yaqub Mahmudlu

پيام هاي ديگران ()        link        ۱۳۸۸/۱٢/۱٠ - علي اكرام

 

Şimali İranimiz

 yaddan çixmaz

heç zaman!

 

Bakıda Rəsul Əkrəm (s) əzadarlarının repressiyası pislənilib

 

 

 

 

 

 

Şimali İran(az)  R-dakı insan haqları müdafiəçilərindən biri 28 səfərdə Rəsul Əkrəmin (s) vəfatının ildönümü günündə əzadarların Bakı polisi tərəfindən repressiyaya məruz qalmalarını pisləyib.
Bu haqda Bakıdakı müxbirimiz yerli mənbələrə istinadən məlumat verib. Məlumata əsasən Novella Cəfəroğlu Az. R   . Qanunlarına əsasən polisin bu ölkə vətəndaşlarına bədən xəsarəti vemək haqqının olmadığını bildirib.
Az. R. Polisi və təhlükəsizlik qüvvələri şənbə günü Rəsul Əkrəm (s) və İmam Həsən Müctaba(ə) əzadarlarına hücum etməklə 20 nəfəri kəskin şəkildə yaralayıblar.
Əzadarlar şənbə günün əziz İslam Peyğəmbəri Həzrət Məhəmmdin (s) kədərləndirici vəfatı və Həzrət İmam Həsən Müctabanın (ə) şəhadətinin ildönümündə əzadarlıq dəstələri qismində Sultanəli məscidindən Bakının Şəhidlər xiyabanına hərəkət etməkdə idilər ki , polisin hücumu ilə üzləşiblər.
Polis həmçinin əzadarlardan yüz nəfərini həbs edib. 4 nəfərdən başqa hamısı azad olub, 14 nəfər də cərimə edilib.
Polis həmçinin Bakının ətrafında yerləşən Biləcəri qəsəbəsində Əziz İslam Peyğəmbərinin (s vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günündə evrlərində əzadarlıq mərasimi keçirmək istəyən iki nəfəri həbs edib. Əzadarlıq mərasimi keçirmək istəyən Biləcəri sakinləri Əmin Babayev və Faiq Ağadadaşov 5 gün həbs cəzasına məhkum ediliblər. Az
 (Şimali İran) . R. xalqının 98 faizinin müsəlman olmasına, bu ölkədə dini azlıqların fəaliyyətini sərbəst olmasına rəğmən Az. R-nın müsəlman xalqı özlərinin dini mərasimlərini icra etmək də çoxlu məhdudiyyətlərlə üzləşirlər.

 

 

 

İslami qurumlar Bakı polisinin son hərəkətini pisləyiblər

 

 

Bazar ertəsi günü fevralın 15-də Az. (Şimali İran) R-da xəlqi və dini qurum və təşkilatların rəhbərlərindən bir qrupu tədbir tədbir keçirib. Onlar tədbirin sonunda bəyanat yayaraq Həzrət Rəsul Əkrəm (s)-in rehləti və Həzrət İmam Həsən Muctaba (ə)-ın şəhadətinin ildönümündə Bakı polisinin əzadarlara qəddarlıq göstərməsini pisləyiblər.
İslam və Fəzilət partiyaları həmçinin İctimai Birlik Təşkilatı, Milli Mənəvi Dəyərlər Birliyi , Nardaran ağsaqqalları cəmiyyətinin iştirakı ilə keçirilən bu tədbirdə iştirakçılar polisin əzadarların sırasını dağıtmaq üçün güc tətbiq etməsini qanunsuz və vəhşicəsinə hərəkət və insan haqlarına ziddi rəftar adlandırıblar. Tədbir iştirakçılarının qeyd etdikləri bəyanatda qeyd olunub : Gənc azəri və möminlərin əsas məqsədi sadəcə olaraq Həzrət İmam Rəsul Əkrəm (s) və İmam Həsən Muctaba (ə)-a əzadarlıq etmək olmuşdu və əzadarlar Xocalı faciəsinin ildönümü astanasında şəhidlərin ruhuna fatihə oxumaq üçün Şəhidlər xiyabanına doğru hərəkət etmək istəyirmiş. Bəyanatda Bakı polisinin bu rəftarı pislənilib və qeyd olunub : Təəssüflər olsun ki , polis qüvvələri möminlərin şəhidlərin ruhun fatihə oxumaq və əzadarlıq edən şəxslərin bu hərəkəti qarşısında onları hücuma məruz qoyub və onlardan bir neçə nəfərini tutub. İslamçı və xalq qurumlarının qəbul etdiyi bəyanatın digər hissəsində deyilir : Biz saxlanılan əzadar şəxslərin azad edilməsi üçün bütün qanuni imkanlardan istifadə edəcəyik . Bəyanatın sonunda baş vermiş hadisə Az. R-dakı müsəlman əhalini təzyiqlərə məruz qoymaq gedişatının davamı kimi qiymətləndirilərək qeyd olunur: Biz bütün aidiyyatı orqanlardan bu haqsızlıqlar və ədalətsizliklərə xitam vermələrini tələb edirik. Xatırladaq ki, şənbə günü fevralın 13-də
  Şimali İran   -da şiə müsəlmanlarından ibarət bir qrup əziz İslam Peyğəmbəri Həzrət Rəsul Əkrəm (s)-ın rehləti və Həzrət İmam Həsən Muctaba (s)-ın şəhadətinin ildönümündə əzadar bir heyət tərkibində Sultanəli məscidinin önündən aram surətdə hərəkət edərək şəhidlər xiyabanına hərəkət etmək istəmədiyi zaman polis qüvvələrinin basqınına məruz qalıb .Hadisədə bir neçə nəfər polis tərəfindən ağır surətdə yaralanıb. Qeyd edək ki, polis saxladığı əzadarlardan hələ dörd nəfərini azad etməyib

 

Bakıda döyülən əzadarlar məhkəməyə ərizə verə bilər

Şimali İran(Az). R. İslam Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev bir müsahibədə Həzrət Rəsul Əkrəm (s)-ın rehləti və Həzrət İmam Həsən (ə)-ın şəhadətinin ildönümü polis tərəfindən saxlanılan əzadarlardan 4 nəfərinin hələ də həbs olduğunu bildirib.
Abdullayevin sözlərinə görə, Az. R. İslam Partiyası İcra Şurasının sədri kərbəlayi Elmar Səmədov, Partiyanın Sumqayıtdakı fəallarından hacı Kamran və məşhədi Ağa Gül həmçinin partiyanın Gənclər Şurasının sədri Elçin Abbasov hələ də Bakının Yasamal rayonu polis şöbəsində saxlanılır.
Abdullayev Bakıda Həzrət Rəsul Əkrəm (s)-ın rehləti və Həzrət İmam Həsən Müctaba(ə)-ın şəhadətinin ildönümü mərasimlərində iştirak edənlərin polis tərəfindən hücum edilməsinə toxunaraq deyib: Gənc möminlərin günahı sadəcə onların Həzrət Məhəmməd (s.ə.s) və Həzrət İmam Həsən Müctaba (ə)-a əzadarlıq etməsi olub.
İslam Partiyasının sədri Hacı Möhsün Səmədov da bu məsələ ilə bağlı deyib: Polis əzadarları müqavimət göstərməkdə suçlayır , halbuki internet saytlarındakı video-görüntülər əzadarların hücuma məruz qaldığını göstərir. Belə ki əzadarlardan bir neçə nəfərinin başı polisin dəyənək zərbələri nəticəsində sınıb və bihuş olublar. Bu üzdən əzadarlar polisə qarşı şikayət qaldırmağa haqlıdırlar.
Səmədovun sözlərinə görə, dindarlar əzadar bir heyəti qrupu tərkibində Şəhidlər Xiyabanına hərəkət edib şəhidlərin məzarı üzərinə gül çələngləri qoymaq istəyirmişlər, hətta polis əzadarların öz bayraqlarını endirmələrini istəyib. Təəssüflər olsun ki , polis bu əməkdaşlığa baxmayaraq onları hücuma məruz qoyub. Xatırladaq ki, şənbə günü səfərin 29-da Az. R-nin polis və təhlükəsizlik qüvvələri Həzrət Rəsul Əkrəm (s) və Həzrət İmam Həsən Müctaba əzadarlarına qarşı basqın edərək əzadarlardan 20 nəfərini ağır surətdə yaralayıblar. Polis saxladığı yüzə yaxın adamdan 96-sını azad edib .

 Yeri gəlmişkən qeyd edək ki , Tasua və Aşura günü mərasimlərində Az. R. polisi Gəncə , Naxçıvan və Sumqayıtda əzadarlar qruplara hücum edərək onlarından bir neçə nəfərini tutmuşdu .

  Az. R-da əhalinin 98 faizini şiə təşkil etsə də, bu ölkədə müsəlman şiələrin dini mərasimlər keçirmələrinə maneçilik törədilir

 

 

 

Əhli-Beyt(ə) aşiqlərini cəzalandırırlar

 

 

 

Az. R. İslam Partiyası xidmətinin sözçüsü Hacı Vaqif Abdullayev Bakıda əziz İslam Peyğəmbəri Həzrət Rəsul Əkrəm (s) və ikinci məsum imam Həzrət İmam Həsən (ə) üçün əzadarlıq edənlərin yatırdılmasına toxunaraq bildirib ki, gənc möminlərin məhz günahı onların Həzrət Məhəmməd (s) və Həzrət İmam Həsən Müctaba(ə) üçün əzadarlıq etməsi olub.
Hacı Vaqif Abdullayev Bakıdakı müxbirimizlə müsahibədə deyib: Az. R-da əhalinin 98%-i müsəlmandır. Şənbə günü Bakıda Sultanəli məscidinin gənc möminləri günorta və əsrnamazını qıldıqdan sonra əzadar bir heyət qrupu tərkibində şəhidlər xiyabanına tərəf yollanaraq onların məzarı üzərinə gül çələngləri qoymaq istəyiblər. Hacı Vaqif müsahibənin digər hissəsində möminlərin aram yürüşlərində hökumətə qarşı şüarlar vermədiyini qeyd edərək deyib: Bu aram yürüşə qatılanlar təkcə zalimlərə nifrət bəslədiklərini və xalqın istəklərinin təmin olunmasını tələb ediblər. Ona görə də əzadarların yatırdılması və saxlanılması insan haqlarına qarşı zidir. Onun sözlərinə görə, Az. R. Xalqı xüsusi ilə də gənc azərilər Sionist rejimin xarici işlər nazirinin Bakıya son səfəri eləcə də bu qeyri legitim rejimin baş naziri İhud Olmertin Bakıya səfərinin proqramlaşdırılmasından narahatdırlar. Hacı Vaqif qeyd edib: Ölkədə polis qüvvələri tərəfindən möminlərin yatırdılması və saxlanılması hökumətin maraqlarının əleyhinədir.
Xatırladaq ki , şənbə günü  
 Şimali İran  R-nin polis və təhlükəsizlik qüvvələri Həzrət Rəsul Əkrəm (s) və Həzrət İmam Həsən Müctaba  (ə) əzadarlarına qarşı basqın edərək əzadarlardan 20 nəfərini ağır yaralayıblar.
Əzadarlar şənbə günün fevralın 13-də yəni səfərin 28-də İslam Peyğəmbəri Həzrət Məhəmməd Müstafa (s)-in rehləti və ikinci məsum İmam Həzrət İmam Həsən Müctaba (ə)-ın şəhadətinin ildönümü günündə Sultanəli məscidinin əza heyəti qrupunda şəhidlər xiyabanına hərəkət edən zaman polis qüvvələrinin hücumuna məruz qalıblar . Polis saxladığı 100-ə yaxın adamın 4 nəfərini çıxmaq şərti ilə azad edib . Ancaq 14 nəfərin cərimə edildiyi bildirilir . Az. R. İslam Partiyasının İcra Şurasının sədri Kərbəlayi Elmar Səmədov partiyanın Sumqayıtda fəaliyyət göstərən Hacı Kamran və Məşhədi Gülağa həmçinin partiyanın Gənclər Şurasının sədri Elçin Abbasov hələ də polis tərəfindən saxlanılır . Xəlqi qruplar polisin sözü gedən bu 4 şəxsi işgəncə etməsindən nigarançılıq keçirdiyini bildiriblər. Xatırladaq ki, Tasua və Aşura günü mərasimlərində Az. R. Polisi Gəncə , Bakı , Naxçıvan və Sumqayıtda əzadar qruplara qarşı basqın dərək onlardan bir neçə nəfərini tutmuşdu.
Az. R-da əhalinin təqribən 98 faizini müsəlmanlar təşkil etsə də bu ölkədə müsəlmanların dini mərasimlər keçirmələrinə maneçilik törədilir

 

İrana vizasız səfər – Az.R-(Şimali İran)da yeni rüşvətxorluq mənbəyi

 

İranın Az.R-sı vətəndaşları üçün vizanın və qan analizinin ləğv edilməsi ilə Astara gömrüyündə İrana gediş-gəliş çox artıb.
Bakıdakı müxbirimizin verdiyi məlumata əsasən vizanın ləğv edilməsindən öncə orta hesabla hər gün 300 nəfər İrana gəlirdisə, indi isə bu rəqəm min nəfərə qədər artıb. Azərbaycan Respublikası Astara Gömrük Xidmətləri sədri Vüsal Mirzəyev bazar ertəsi günü bildirib ki, həmin gün saat 14:00-a qədər 700 nəfər sərhədi keçmişdir. Onların 550 nəfəri azərbaycanlı olub və günün sonuna qədər yüzlərlə nəfərin sərhədi İrana doğru keçməsi faktının şahidi olurlar.
Astaradan aldığımız məlumata əsasən bu gün çərşənbə axşamı mindən çox şəxs İrana geçmək istəyənlər Astara Gömrüyünün giriş qapısına toplanıb.
İranın Nazirlər Kabinetinin 4 noyabr qərarına əsasən 1993-cü ildən İranla Azərbaycan XİN-ləri arasında imzalanmış razılaşma çərçivəsində, bu ilin fevral ayının birindən azərbaycanlı vətəndaşlarının İrana səfəri zamanı viza rejimi ləğv edildi. Buna əsasən azəri vətəndaşlar viza almadan 15 günlük İrana səfər edə bilərlər. Bu səfərin çox çəkdiyi halda isə İran Polisinin İmmiqrasiya və xarici vətəndaşlar şöbəsinə müraciət etməklə, qalma müddətini 3 aya qədər uzada bilərlər.
Habelə səyahət, ziyarət və tibbi müalicə məqsədi ilə İrana səfər edən azərilərin səylərini nəzərə alaraq hətta QİÇS, hipatit və digər analizlər üçün verilən arayışların zəruri alınmasını belə ləğv etmişdir.
İİR Teleradio şirkətinin Astaraya ezam olunmuş müxbirlərinin verdiyi məlumatda isə azəri vətəndaşların İrana səfərinin Astara Gömrük İdarəsinin maneələri ilə üzləşib, hətta rüşvət istəmələri faktının çoxaldığından xəbər verirlər. Belə ki, azərbaycanlı vətəndaşlar gömrük işçilərinin pis rəftarı və rüşvətxorluğundan şikayətçidirlər

 

 

Dubayda Əl-Məbhuhun terror amillərinin kimliyi aydınlaşıb

Dubay əmirliyi polisinin sədri Dubay şəhərində Fələstin Həmas hərəkatı rəhbərlərindən olan Mahmud əl-Məbhuhun terror amillərinin kimliklərinin müəyyən edilməsindən xəbər verib.
Əl-Menar telekanalının verdiyi məlumata əsasən Dubya əmirliyinin sədri Zahi Xəlfan bu haqda məlumat verib. "Avropa pasportlarına malik olan və Dubay şəhərində Həmas hərəkatı rəhbərlərindən olan Mahmud əl-Məbhuhun terrorunda əlləri olan 11 nəfərin kim olduğu müəyyənləşib "deyə Dubay əmirliyinin sədri bildirib.
Zahi Xəlfan kimliyi bəlli edilmiş 11 nəfərdən birinin Fransa Pasportu, birinin Almaniya pasportu və altısının İngiltərə Pasportuna malik olduqlarının aydınlaşmasını da önə çəkib . "Kimliyi müəyyən edilmiş bu şəxslər şübhəlidirlər və onlar haqda heç bir şübhə yoxdur. Onların adları isə beynəlxalq polisə bildiriləcəkdir" deyə Dubay əmirliyi polisinin sədri bildirib.
Fələstin İslami müqavimət hərəkatı Həmasın rəhbərlərindən olan Mahmud əl-Məbhuh yanvarın 20-də Dubay əmirliyində Sionist rejimin casusluq təşkilatı Mossad amilləri tərəfindən şəhid edildi

 

Ermənistan-Türkiyə əlaqələri prosesinə baxış

 

Türkiyə, Ermənistan Konstitusiya Məhkəməsinin əlaqələrin adiləşdirilməsinə dair protokolların barəsində çıxardığı hökmdən mənşə alan nigarançılıqların aradan qaldırılması məqsədi ilə diplomatik səylərinə start verib.
Türkiyədə çıxan Zaman qəzetinin yazdığına görə, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatı Feridun Sinirli cümə axşamı günü, fevralın 4-də İsveçrənin Bern şəhərində bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə müzakirələrə başlayıb. İsveçrə rəsmiləri bu protokolların imzalanmasında vasitəçi rolunu oynayıblar. Rəsmi Ankara, mövcud nigarançılığın aradan qaldırılması məqsədi ilə Ermənistanın yazılı surətdə zəmanətlər verməsini istəyir.
Ermənistan Respublikaçılar partiyasının sözçüsü , Edvard Şarmazanov açıq-aşkar şəkildə bildirib ki, Türkiyənin hökumət başçısı Rəcəb Təyib Ərdoğanın Ermənistan Konstitusiya Məhkəməsini tənqid atəşinə tutması məhz gülünc və aidiyyatı olmayan iddialardır. Bu erməni diplomatın sözlərin görə, Türkiyə Az. R-nin işğal olunmuş ərazilərinin azad edilməsi barədə BMT-nin qəbul etdiyi qətnamənin icrasının vacibliyindən danışmağa haqlı deyil. Çünki Türkiyə özü , Kipr torpağını qəsb edən işğalçı bir tərəfdir. Eyni zamanda, Ermənistan prezidentinin baş müşaviri Vigen Sarkisyan Val Street Jurnala verdiyi müsahibəsində bildirib ki, Ermənistan dövləti Ankara ilə Yerevan arasında imzalanmış protokolları ləğv etmək üçün bu ölkənin prezidentinə lazımı səlahiyyəti verib. Bununla yanaşı Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Türkiyə ilə münasibətlər prosesinə xələl yetirilməsini rədd etməyib və bildirib: Türkiyə parlamentinin bu protokolları təsdiqləmədiyi təqdirdə, onda, biz lazımı tədbirlərə əl atacağıq. Trend Nyusun məlumatına görə, Ermənistan parlamentinin spikeri Avik Abramyan vurğulayıb ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlunun son qeydlərini mənfi dəyərləndirir və bu məsələ də İrəvan ilə Ankara əlaqələri prosesinə mənfi təsir göstərə bilər. Davudoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Türkiyə - Ermənistan əlaqələrinin yaxşılaşdırılması və normalaşdırılması qeyri-mümkündür. Ancaq Abramyan da bildirib ki, Türkiyə ilə Ermənistan əvvəldə heç bir şərt qoyulmazdan əlaqələrin yaxşılaşdırılması barədə də razılığa gəliblər. Bu vəziyyəti nəzərə alaraq İrəvan ilə Ankara əlaqələrinin adiləşdirilməsinə dair protokolların təsdiqlənməsi məsələsi mürəkkəbləşib. Belə ki , iki ölkənin yüksək vəzifəli rəsmilərinin dediklərinə görə, Ermənistan ilə Türkiyə sərhədlərinin yenidən açılması ilə bağlı müzakirələr prosesinin yarımçıq qalması ehtimalı rədd ediləsi deyil. Bu məsələ o həddədək əhəmiyyətlidir ki, ABŞ-ın dövlət katibi müavini Astin Beri Ermənistana səfəri zamanı Serj Sarkisyan və Edvard Nalbəndyan ilə görüşərək Yerevan ilə Ankara arasında imzalanmış protokollar və hazırkı çıxılmazlıqdan xilas olmaları barədə də müzakirələr aparıb

 

 

Qərbin İrana qarşı zidd münasibətlərinin səbəbi

 

İRNA Xəbər Agentliyinin cümə günkü məlumatına əsasən Mahmud Əhmədinejad bu telesöhbətdə həmçinin 5+1 qrupunun İranın nüvə mübadiləsi üzrə qərbin təklifinə cavabı üzrə möhlət təyin etməsi barədə də danışıb.
"İİR nüvə yanacağının satın alınması üzrə təklifi irəli sürdü. Beynəlxalq hüquq normalarına əsasən də onlar heç bir ön şərt olmadan nüvə yanacağını İranın ixtiyarına verməlidirlər. Buna görə də nüvə yanacağı mübadiləsi texniki bir işdir və bu haqda möhlət təyin etmənin də heç bir anlamı yoxdur" - deyə İran prezidenti bildirib.
Mahmud Əhmədinejad öz sözlərində sonra İranın Tehran Tədqiqat-Tibb reaktorunun ehtiyaclı olduğu 20%-lik nüvə yanacağının istehsal etməyə qadir olması, habelə Beynəlxalq Atom Enerjisi Agentliyinə hakim kəsilmiş hüquq normalarının bu icazəni İrana verdiyindən danışıb.
İran prezidenti öncələr də bildirmişdi ki, əgər 20%-lik uran İrana verilməsi, bu nüvə yanacağı iranlı mütəxəssislər vasitəsilə, yerli texniki qabiliyyətdə istifadə edilərək İranda istehsal ediləcək. Buna əsasən İranın xarici işlər naziri də İranın 2-ci telekanalının xəbər proqramı ilə müsahibədə bildirib ki, İran başqa ölkənin torpağında uranın mübadiləsi üzrə heç bir problemə malik deyil. Amma onlar etimad yaratma işlər həyata keçirib və özlərinin xoşməramlılığını sübut etməlidirlər.
Mənuçehr Müttəki özünün son Manama səfərində İranın 5+1 qrupunun təklifinə olan cavabını tam açıq şəkildə ortaya atdı. O bildirdi ki, İran ilk mərhələdə 400 kq az faizli zənginləşdirilmiş uranı Tehran tədqiqat reaktorunun ehtiyaclı olduğu 20%-lik uranla mübadilə etməyə hazırdır.
İran rəsmilərinin açıq-aydın mövqeləri bəzi qərb ölkələrinin İrana qarşı sanksiyaların kəskinləşdirilməsi, habelə Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının qətnamələrinin çıxarılmasına rəğmən İİR-nin özünün nüvə tələbləri üzrə fallıqda əzmkar olduğunu göstərməkdədir.
Amma həqiqət budur ki, rəsmi Tehran heç vaxt qərbin hədələrinin təsiri altına düşməyəcək. Əslində hazırda müqabil tərəfdə olanlar məntiqli cavab verməlidirlər. Çünki İran heç vaxt özünün haqlı hüququ barədə müzakirə etməyəcək. Amma şübhələri aradan qaldırmağa hazırdır. Buna görə də müqabil tərəfdə olanların İranın təklifi ilə davranış tərzləri onların ölkələrin sülhsevər nüvə fəaliyyətləri haqdakı həqiqi siyasətlərini göstərəcəkdir

 

 

Qurdlar vadisi ; Bakı

 

 

A. Bəhrul-ülumi

Bu günlər şaxta Bakını iflic vəziyyətinə gətirib , sinoptiklərin məlumatına görə şaxtalı və qarlı hava hələ də davam edəcək . Son günlərdə elektrikin və işığın da kəsilməsi məzlum xalqın çətinliklərini qat-qat artırmışdır. Yollar kəsilib aeroportların da fəaliyyətlərində müəyyən ixtilallar meydana gəlib . Hava belə olub ki, qədim qışları insanın yadına salır. Qışın çətin və ağır günləri yolların qapanması və işıqsız kəndlərin çevrəsində qurdların ulaşmasından başqa heç bir səsin olmaması .
Demək Bakının bu günlərini qədim kənd əhvalatı ilə fərqləndirən şey təkcə qurdların onda ulaşmasıdır ; ki əlbəttə o da yaxın günlərdə təmin olacaq . Necə ki qurdlar qışın çətin günlərində yolların qapanmasına baxmayaraq kəndlərə yol tapırdılar , yaxın günlərdə yolların qapanmasına , həm də aeroportların fəaliyyətlərində belə əngəllərin meydana gəlməsinə baxmayaraq Bakıya "Qurdlar" sürüsünün daxil olacağı barədə öncədən məlumatlar yayılmışdır . Hər çənd bu səfər qabaqcadan planlaşdırılmış bir səfərdir amma nədənsə qarın düşməsi Sionist qurdların Bakıya gəlişini daha da artıq mənalandırır. Həm də yolların qapanması onlara neyləyə bilər ki , hazırda Sionist rejimin Xarici İşlər Nazirliyi vəzifəsində olan "Liberman" vaxtı ilə həmin rejimin yol və nəqliyyat naziri olub və onsuz da Az. R-nın nəhəng abadlaşdırma layihələri və yol salma planlarının həyata keçirilməsində sionistlərin bir başa çalışacaqları barədə məlumatlar yayılmışdı. Son günlər Az. R-da bozqurdçuların canfəşanlıqları və bəzi məlum mövqelərdə bulunmalarını da qəsbkar Sionist rejimin xarici işlər naziri Aviqdor Libermanın fevralın 9-da Bakıya olacaq səfəri üçün müqəddimə saymasaq nə eləyək? Ötən həftə Az. R-nın tanınmış "Bozqurdu" və "Ergenekon" terror hörgütünün Bakı uzantısı başçısının Qarabağı Ermənistana bəzl-bəxşiş etməsinin şahidiydik.
Son günlərdə də yəhudi icmasının "Qondarma erməni soy-qırımı" iddiasını rəsmən tanımağa imza toplaması barədə məlumat aldıq.
Bütün bunları , Aviqdor Libermanın əslində rusiyalı olması və onun rəhbərlik etdiyi "İsrail bizim evimiz" partiyasının əsasən sabiq Sovet İttifaqı yəhudilərinin iştirakı ilə təşkil olunması kimi məsələsinin kənarına qoyanda nədənsə düşünməmək olmur.
Keçmişdə erməni quldurlarının sionistlərlə yaxın əlaqədə olması barədə çoxlu məlumatlar yayılıb , amma nədənsə Az. R-da bu məsələ ciddiyə alınmayıb və heç vaxt Az. R-nın mahiyyətcə işğala və ağır cinayətlərə məruz qalmış məzlum Fələstinlə eyni şəraitdə olmasına etina olunmayıb .Əksinə ara-sıra sionistlər tərəfindən Az. R-nın "İsrailə" bənzədilməsinin və Sionist rejimlə yaxın əlaqədə olmasının zəruriliyi üzərində təkid olmasının şahidi olmuşuq. Əlbəttə Az. R-da da həmin istiqamətdə məlum dairələr və adamlar tərəfindən canfəşanlıqların şahidi olmuşuq . İndi Az. R-da sionistlərlə münasibətlərə dəstək verənlə ümumiyyətlə qatı türküçülər və daha doğrusu bozqurdçular və kaftar sayağı həyat sürən muzdurlardılar ki , bir başa Sionist rejimin Bakıdakı nümayəndələri tərəfindən qidalanırlar.
Hər halda gələn günlər ərzində onsuz da qurdların meydan oxuduğu yerə dönmüş Bakı şəhəri, bir sürü yırtıcının ziyafət evinə dönəcək . İnşallah ki qurdlar bundan irəli getməzlər və vaxtı ilə kölə adlandıqları məzlum xalqın erməni işğalından kənarda qalan torpağını Fələstin məzlumlarının qəsb etdikləri torpaqları kimi "Bizim evimiz" deyə adlandırmazlar. İnşallah

 

 

İSRAİLLƏ MÜNASİBƏTLƏRİN ƏSASINI ELÇİBƏY HAKİMİYYƏTİ QOYUB”

 

Son günlər İsrail rəsmilərinin Azərbaycan(Şimali İran)-  a səfərləri artıb. İsrailin xarici işlər naziri Avidqor Libermanın Azərbaycana səfərinin ardınca bu ölkənin keçmiş baş naziri Ehud Olmert də Bakıya gəlib. İsrailin Yaxın Şərqin lider dövləti, eləcə də dünyada baş verən proseslərə güclü təsir və nəzarət mexanizminə malik olmasını nəzərə alsaq, iki dövlət arasında münasibətlərin yaxınlaşmasının Azərbaycan üçün müsbət tərəfləri olduğunu söyləmək olar. Amma mətbuat İsraillə münasibətlərin yaxınlaşmasının İranı narahat edəcəyini də yazır.

Bəs Azərbaycan müxalifəti Azərbaycanla İsrailin münasibətlərinin yaxınlaşmasına necə baxır?
Müsavat başqanının müavini Qabil Hüseynlinin münasibəti müsbətdir: “Burda həyəcan doğuracaq bir şey görmürük. Bəzən mətbuatda müxtəlif yorumlara rast gəlinir ki, guya bu proses İranı qəzəbləndirir və sair. Amma Azərbaycan suveren dövlətdir. Xarici siyasət xəttini müəyyənləşdirməkdə də suverendir. Təsəvvür edin ki, İsrail Ermənistanın təkidlərinə baxmayaraq, strateji tərəfdaş kimi onları deyil, Azərbaycanın
(Şimali İranin)  təklifini qəbul edib”.
Q.Hüseynlinin fikrincə, iki dövlət arasında münasibətlər Azərbaycana müəyyən dividentlər gətirə bilər: “ Məsələn, İsrail Azərbaycanda hərbi sənaye sahəsinin yenidən qurulmasına, onların daha modern növlərinin yaradılmasına yardımçı ola, Azərbaycanda sovet dönəmindən qalan hərbi zavodların yenidən qurulmasında yaxından iştirak edə bilər. İsrailin kənd təsərrüfatı sahəsində də böyük təcrübəsi var. Taxıl, üzüm və digər meyvə növlərinin yetişdirilməsində də İsrail təcrübəsindən istifadə etmək olar. Bu da Azərbaycanın ərzaq proqramının həyata keçirilməsində böyük rol oynaya bilər”.
Q.Hüseynli yəhudi lobbisinin dünyanın böyük dövlətlərə təsiri və dünya mediasını yönləndirmək baxımından əhəmiyyətli rol oynadığını da qeyd etdi: “Ermənistan kimi lobbisi olan və dünya ictimai rəyinə təsir göstərmək imkanları olan dövlətlə qarşı-qarşıyayıq. Bu şəraitdə, İsrailin dəstəyinə ehtiyacımız var. İkili münasibətlərin bölgədə təhlükəsizliyin artırılmasına xidmət edəcəyinə inanıram”.
KXCP sədri Mirmahmud Mirəlioğlu bütün dövlətlərlə yaxınlaşmaq cəhdlərinin normal olduğunu dedi. Bir şərtlə ki, Azərbaycanın dövlət maraqları birinci olsun: “Azərbaycanın dövlət maraqları qorunmayacaqsa, hansısa dövlətlə yaxınlaşmağın əhəmiyyəti yoxdur. İsraillə Azərbaycanın münasibətlərinin tarixi var. Bu münasibətlərin bünövrəsini Elçibəy hakimiyyəti qoyub. Münasibətlər bu istiqamətdə davam etdiriləcəksə, bu normaldır. Amma burada hər kəs özünün maddi, siyasi, ya da iqtisadi maraqlarını güdəcəksə, bunu heç kim alqışlamayacaq”.
Ümid Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Nəsimi Məmmədli dedi ki, Azərbaycanın öz maraqlarını qoruya biləcək bütün qonşu, o cümlədən yaxın region dövlətləri ilə yaxın münasibətdə olması çox önəmlidir: “Bizim Dağlıq Qarabağ problemimiz var. Həm də ermənilərin azərbaycanlılara və türklərə qarşı qaldırdığı qondarma soyqırım iddiaları ilə bağlı informasiya müharibəsində İsraillə türk dövlətlərinin maraqları üst-üstə düşür. Bu münasibətlərin normallaşması Azərbaycanın strateji maraqlarına cavab verir

Leyla İLQAR

 

 

 

Isqal olub torpagim

 

Felestin  - Qarabagim

 

OLMERTİN BAKIYA SİRLİ SƏFƏRİ    

 

Azərbaycanla İsrail arasında son günlər müəmmalı hərəkətlilik müşahidə edilməkdədir. Bu ölkənin xarici işlər naziri Avidqor Libermanın ardınca İsrailin keçmiş baş naziri Ehud Olmert dünən Bakıya gəlib. Lakin onun səfəri böyük məxfilik şəraitində keçir və bu səfərlə bağlı Azərbaycan tərəfi hər hansı informasiya yaymır. Xəbər verildiyi kimi, Olmertin Bakıya gələcəyi haqda məlumatı yayan yeganə mənbə İsrail xüsusi xidmət orqanlarında və bu ölkənin diplomatik çevrələrində mötəbər qaynaqlara malik olan “İzRus” portalı idi.

Bildirilirdi ki, Olmert Bakıya Qazaxıstanın paytaxtı Astanadan gələcək. Maraqlıdır ki, İsrailin digər KİV-ləri də keçmiş baş nazirin Qazaxıstan və Azərbaycana səfəri haqda bu günə qədər heç bir xəbər yaymayıblar. Yenə də eyni qaynaq xəbər verib ki, Olmert “şəxsi səfərlə” Astanaya gələcək. Bu səfərin fevralın 15-də, yəni dünən olacağı deyilirdi. Onun Bakıya səfərinin konkret tarixi isə göstərilmirdi. Lakin İsrailin Qazaxıstandakı səfirliyindəki mənbəyə istinadən bildirilirdi ki, Olmerti qorumaq üçün bu ölkənin ümumi təhlükəsizlik xidməti ŞABAK-ın yüksək rütbəli əməkdaşları artıq Bakıda gözləyir. Həmin xəfiyyələr Libermanın səfəri zamanı onun təhlükəsizliyini təmin edib, lakin xarici işlər naziri ilə geri qayıtmayıblar.
Dünən isə “İzRus” portalı Ehud Olmertin xüsusi təyyarə ilə saat 12 radələrində Bakıya “şəxsi səfərə” gəldiyini xəbər verdi. Sayt Azərbaycan paytaxtındakı mənbələrə istinadən xəbər verib ki, Heydər Əliyev Bakı beynəlxalq aeroportunda onu İsrail səfiri və səfirliyin əməkdaşları qarşılamayıb. Keçmiş baş nazir Azərbaycan XİN-in protokol xidmətinin əməkdaşları tərəfindən qarşılanıb. Sayt Olmertin gəlişinin digər təfərrüatları, keçmiş baş nazirin Bakıya birbaşa Təl-Əvivdən, yoxsa Astanadan gəldiyi haqda heç nə bildirməyib. Həmin qısa xəbərin yayılmasından saatlar keçsə də Azərbaycanın informasiya məkanında Olmertlə bağlı bir cümlə də xəbər yer almayıb. Bu müəmmalı sükut şəraitində “Yeni Musavat” İsrailin Bakıdakı səfirliyi ilə telefon əlaqəsi yaradaraq Olmertlə bağlı hansısa informasiya almağa cəhd göstərdi. Səfirin müavininin ofisindən telefonun dəstəyini qaldıran əməkdaş sualımızı dinləyərək cavab üçün vaxt istədi və daha sonra bu cavabı verdi: “Bu səfər məxfidir. Ehud Olmertin səfər proqramı, onun kimlərlə görüşəcəyi haqda hətta səfirlikdə də məlumat yoxdur. Ümumiyyətlə, bu barədə hansısa informasiya vermək qadağan olunub”.
Olmertin Bakıda XİN-in protokol xidmətinin əməkdaşları tərəfindən qarşılandığı deyildiyinə görə, nazirlikdən bu səfərlə bağlı məlumat almağa cəhd göstərdik. XİN-in ümumi şöbəsindən və protokol xidmətindən hansısa informasiya əldə etmək mümkün olmadı və məsləhət görüldü ki, nazirliyin sözçüsü Elxan Poluxovla əlaqə saxlayaq. E. Poluxovla əlaqə saxladıqda isə məlum oldu ki, o da Ehud Olmertin səfəri ilə bağlı hansısa informasiyaya malik deyil. Ümumiyyətlə, nazirlik rəsmisi onun Bakıya gəldiyi haqda məlumatdan da xəbərsiz idi: “Bizim nazirlikdə bu barədə hər hansı informasiya yoxdur. Bu günə və sabaha Olmertlə görüş planlaşdırılmayıb, nazirlə görüşdən ümumiyyətlə söhbət getmir, yəni rəsmi proqramda belə görüş nəzərdə tutulmur. Digər şəxslərlə görüş haqda isə mənə heç nə məlum deyil”. Prezident Aparatından da İsrailin keçmiş baş nazirinin səfər proqramı ilə bağlı informasiya almaq mümkün olmadı.
Bakı Beynəlxalq Hava Limanındakı qaynaq isə qəzetimizə bildirdi ki, həqiqətən göstərilən saatda VİP zalında hansısa mühüm qonağın qarşılandığı müşahidə edilib; lakin qarşılanma və mühüm qonağın aeroportu tərk etməsi o qədər qısa çəkib ki, gələnin kim olduğunu demək olar ki, görən olmayıb. Təbii ki, VİP zalında çalışan bəzi personallar istisna olmaqla. Mənbə deyir ki, qonaq tünd qara eynəkli və gödəkcəli bir qrup mühafizəçinin müşayiəti ilə şüşələri tünd qara plyonka ilə örtülmüş avtomobilə minib və mühafizə altında hava limanını naməlum istiqamətdə tərk edib. Ehtimal olunur ki, Olmerti aeroportda qarşılayanlar da məhz İsrail Ümumi Təhlükəsizlik Xidmətinin agentləri olublar. Həmin agentlər təbii ki, silahlıdır və İran kimi ölkə ilə həmsərhəd olan Azərbaycanda keçmiş baş nazirin mühafizəsini təşkil etmək baxımından kifayət qədər peşəkarlar arasından seçilib.
Olmertin əvvəlcə fevralın 15-də Astanaya, oradan Bakıya gələcəyi haqda məlumatın sızdırılması, lakin keçmiş baş nazirin bu tarixdə Bakıda peyda olması da səfərin oduqca məxfilik şəraitində həyata keçirildiyini təsdiq edən digər detaldır. Belə olan halda, 2008-ci ilin dekabrında Qəzza zolağında “Həmas”a qarşı “Tökmə qurğuşun” adlı irimiqyaslı hərbi əməliyyatı başladan və beynəlxalq ictimaiyyətin, o cümlədən İslam dünyasının İsrailə qarşı etirazlarına səbəb olan Olmertin xarici işlər naziri Libermandan dərhal sonra Bakıda peyda olmasının səbəbləri haqda ancaq təxminlər irəli sürmək mümkündür. “Kadimə” Partiyasının lideri olan Olmertin partiyası həmin əməliyyatlardan az sonra keçirilən seçkiləri uduzdu. Hazırda onun hansı işlə məşğul olduğu haqda geniş məlumat yoxdur; ancaq xəbərlərə görə, Olmert memuar üzərində işləyir. Bakıya səfərdən iki gün əvvəl o, Təl-Əviv universitetinin tələbələri qarşısında çıxış edərək İran mövzusundan danışıb və deyib ki, İslam respublikasının nüvə silahına malik olmasının qarşısı hərbi qarşıdurma olmadan alınmalıdır. O bildirib ki, İsrail İrana qarşı hərbi hücumlara təşəbbüs göstərməli deyil. Olmertin mövqeyi İrana qarşı sərt addımların atılmasına tərəfdar olan və tezliklə hərbi əməliyyatlar qərarı verəcəyi deyilən indiki Netanyahu hökumətinin mövqeyindən fərqlidir. Lakin tamamilə aydındır ki, keçmiş baş nazir Bakıya dövlət missiyası ilə gəlib. Ehtimallardan birinə görə, onun vasitəsilə İsrail İrana hansısa mesaj çatdırmaq və ya gizli təmas qurmaq istəyir. Lakin bu, ancaq ehtimaldır və Olmertin səfərinin əsl məqsədi haqda heç bir bilgi mövcud deyil.

P.S. Qeyd edək ki, dünən Azərbaycan telekanallarında İlham Əliyevlə Ehud Olmertin görüşündən bəhs edən bir cümləlik xəbər keçib !!!

F.MƏMMƏDOV

 

پيام هاي ديگران ()        link        ۱۳۸۸/۱٢/۱٠ - علي اكرام

 

 

Şimali İranimiz

 yaddan çixmaz

heç zaman!

Əliyev-Sarkisyan arasında yeni görüş keçiriləcək

 

Azərbaycan Respublikası(shimali Iran ) və Ermənistan dövlət başçıları Qarabağ münaqişəsinin həlli yollarını araşdırmaq məqsədilə Moskvada bir araya gələcəklər.
Müxbirimizin məlumatına əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinin ardınca Madrid prinsiplərinə uyğun danışıqların davam etdirilməsi haqda prezidentlər razılıq veriblər.
Məlumatda deyilir ki, Moskva sülh danışıqlarında Rusiya dövlət başçısı Dmitri Medvedyev də iştirak edəcək.
İlham Əliyev və Serj Sarkisyan sonuncu dəvə oktyabrın 7-də Kişinyovda görüşmüşdülər. Lakin görüşün heç bir nəticəsi olmamışdı.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə eyni vaxtda Amerika və Rusiya Bakıya təzyiq göstərirlər ki, Qarabağa göz yummaq əvəzində ətraf 7 rayondan 5-nin azad edilməsinə razılıq versin. Bununla da Qarabağ, Laçın və Kəlbəcərin Azərbaycan  (shimali IRAN )R-dan ayrılmasını Madrid prinsipləri çərçivəsində reallaşdırmaq istəyirlər

 

 

Yəmən şiələrinə qarşı soy-qırım

 

Husilərin sözçüsü Səudiyyə Ərəbistanını Yəmənin yaşayış məntəqələrində Husi şiələri əleyhinə ağ fosforlu bombalardan istifadə etməksə günahlandırılıb.
Məhəmməd Əbdüssəlam Əl-Aləm telekanalına verdiyi müsahibədə deyib : Ərəbistan təyyarələri ötən gün bir neçə növbədə Əl-Məlahit və Əl-Doxan dağının ətrafına hücum ediblər.
Əbdüssəlam Əərəbistan dövlətini Yəmən şiələrinə qarşı kütləvi qırğın silahlarından istifadə etməkdə suçlayaraq deyib ki, ağ fosforlu bombalara döyüş gedən məntəqədən azı 10 kilometr aralıda dinc əhalinin üstünə yağdırılıb.
Husilərin Əl-Qaidə ilə əl bir olması iddialarını rədd edən Əbdüssəlam onu da qeyd edib ki , Ərəbistan hökuməti bu cür ittihamlarla Yəmən xalqına qarşı hərbi təcavüzü əsaslandırmağa çalışır

پيام هاي ديگران ()        link        ۱۳۸۸/۸/٢٠ - علي اكرام

 

Şimali İranimiz

 yaddan çixmaz

heç zaman!

Generalın qatili bəllidir

 

Amma yüksək səviyyədə tapşırıq gəlmədiyindən istintaq işi yubadır

General Rail Rzayevin qətlindən iki aya yaxın bir müddət keçir. Amma hələ də buk qətlin üstü açılmayıb. Halbuki, mətbuatda yayılan məlumatlara görə, referendumdan sonra cinayətin üstünün açıldığı bəyan ediləcəkdi.
Amma hələ ki, bir səs-soraq yoxdur. Istintaq qrupu hələ araşdırmalar aparır. Bu günlərdə milli təhlükəsizlik naziri Eldar Mahmudov mətbuata açıqlamasında bildirib ki, qətllə bağlı dörd versiya üzərində iş aparılır. Amma nazir hansı versiyalardan söhbət getdiyini açıqlamayıb. “Azadlıq”a daxil olan məlumatalara görə isə, versiyalardan ikisi şəxsi zəmin, digəri xidməti vəzifə, üçüncüsü isə silah alveri ilə bağlıdır. Məlumatlı mənbə bir məsələni də vurğuladı ki, generalın qatil(ləri), qətlin motivi istintaqa bəllidir. Sadəcə yüksək səviyyədə tapşırıq gəlmədiyindən hələ ki, cinayətin üstü açılmamış qalıb. Mənbə bir məlumatı da diqqətimizə çatdırdı. Onun sözlərinə görə, general Rail Rzayev qətlə yetirilməmişdən əvvəl Zərifə Əliyeva prospektindəki məşhur binada yaşayırmış.

 

 

Müdafiə Nazirliyinin qaynar xəttindən hənirti gəlmir

 

Üzeyir Cəfərov MN-ni riyazi mətqsizlikdə suçlayır

Hərbi xidmət haqda çağırış qaydalarına edilən dəyişikliklər sırasında valideynlərin işini asanlaşdırmaq üçün bir bölmə var. Bu, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik Idarəsində (TSI) yaradılan qaynar xətdir. Qaynar xəttə zəng edən valideyn övladının hansı hərbi hissədə və hansı qoşun növündə xidmət edəcəyini öyrənə bilməlidir. Artıq 4 gündür çağırış kampaniyası başlayıb, araşdırmamıza da elə bu qaynar xətti mövzu seçdik.  Öyrənmək istədik, yenilik necə effekt verib, valideynlərin dadına çatırmı?
Açığı bu mövzunun sifarişçisi oxucularımız oldu. Redaksiyaya müxtəlif yerlərdən gələn zənglərdə bldirilirdi ki, qaynar xəttə düşmək, cəhənnəmin qaynar qazanından qurtarmaqdan da müşkül işdir.
“Qaynar xətt” donub
“Qaynar xətt”i özümüz şəxsən yoxlamaq üçün rayonların birindən gənc çağırışçının adını, soyadını, atasının adını öyrənib, onun qohumu kimi ictimaiyyətə təqdim edilən nömrələri yığmağa başladıq. Dörd nömrəni - 438 61 10, 439 55 14, 439 23 55, 439 90 28, saat ərzində aramsız olaraq yığsaq da, nömrələr daim məşğul oldu. Artıq bu nömrələrə vaxt ayırmağa nə həvəs qalırdı, nə də əsəb. Elə bu an yada başqa bir informasiya düşür. Müdafiə Nazirliyi nazirin tapşırığıyla valideynlərin və çağırışçıların, yaxınlarının şikayət və narazlıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrupa məxsus telefonları KIV-də yayıb. Şükür, işçi qrupun 438 61 31 nömrəsini yığan kimi dəstəyi qaldıran tapılır.
Bəxtinizi bir də sınayın
Şikayəti edirik: “Qardaş, qaynar xətti yığırıq, düşə bilmirik. Nə edək, uşaq hara düşüb öyrənmək istəyirik”.
- Təkrar-təkrar yığın…
- Vallah, 2 saatdır təkrarlayırıq.
- Gərək onları başa düşəsiniz də… Heç bizim zəngləri də götürə bilmirlər. Hər tərəfdən o qədər zəng eləyirlər ki.
- Bəs nə edək? Axı çox mühümdür.
- Dayanın, bir dəqiqə…
Bundan sonra bizlə danışan yoldaş özü TSI-də bir nəfərə zəng edir. Ondan xahiş edir ki, daha bir adama - yəni bizə kömək etsin. Uzun sözün qısası, vasitəçinin köməyi sayəsində çağırışçının hansı hərbi hissəyə düşdüyünü öyrənirik. Hərbi hissənin nömrəsini də, yerləşdiyi ərazini də.
MN-də 12 saatlıq iş rejimi?!
Bu nədir? Olmaya “n” saylı hərbi hissə söhbəti tarixin arxivinə gedib. Axı hərbi hissənin nömrəsini və dislokasiya yerini açıqlamaq olmaz. Buna hərbi sirri yaymaq deyirdilər… Hər iki halla bağlı hərbi ekspert Üzeyir Cəfərovdan münasibət öyrəndik. Cənab Cəfərovun fikrincə, “qaynar xətt”lə bağlı olan dəyişiklik heç cür mütərəqqi addıma sayıla bilməz və bu, əslində qaş düzəldən yerdə gözü çıxarmaqdır. Üzeyir bəy 4 qaynar nömrənin fiziki olaraq müraciətlərə cavab vermək imkanında olmadığını bildirir: “Müdafiə Nazirliyi dünənki açıqlamasında göstərib ki, bir gündə onlara 1420 müraciət olub. Bu, hər nömrəyə 355 zəng deməkdir. Biz kimi aldadırıq, bu nə hoqqabazlıq, pripiskadır? Gəlin, sadə hesablama aparaq. Tutaq ki, qaynar xəttəki telefonlar dayanmadan, bir dəqiqə də istirahət etmədən 8 saat çalışıb. Ən minimal həddi götürək; fərz edək ki, 355 zəngin hər birinə 2 dəqiqə sərf olunub. Bu edir   710 dəqiqə, yəni təxminən 12 saat. Göründüyü kimi, ”4 saat” ortada itib-batıb. Bu, rüsvayıçılıqdır”.
Üzeyr Cəfərov “qaynar xətt”də hərbi hissələrin dislokasiya yerinin açıqlanmasını da kobud qanun pozuntusu sayır: “Ixtiyari adam bu yolla ölkənin bütün hərbi hissələrinin koordinatlarını müəyyən edə bilər. Onlar hansı düşüncəylə belə edirlər, mən hələ də anlamağa çətinlik çəkirəm”.

Oqtay Əsədov Ramiz Mehdiyevin “bostanına” daş atdı

 

Spikerin Nuşirəvan Məhərrəmlini sərt tənqid etməsi onun «boz kardinal»a yaxınlığı ilə bağlıdır

Milli Məclisin spikeri Oqtay Əsədovun Milli Televiziya və Radio Şurasının(MTRŞ) sədri Nuşirəvan Məhərrəmliyə “tərs şilləsi” gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, parlamentin srağagünkü iclasında “Televiziya və Radio yayımı” haqqında Qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı Nuşirəvan Məhərrəmli deputatların Şuranın səlahiyyətlərindən xəbərsiz olmaqda ittiham edib.
“Şuranın səlahiyyətlərini Milli Məclis müəyyənləşdirib. Onlar görünür, öz yazdıqlarını başa düşmürlər”,- deyə MTRŞ sədri deputatları alçaldıb. Nuşirəvan Məhərrəmlinin bu fikirləri isə deputatlarına narazılığına səbəb olub. Amma MTRŞ sədrinin aşının suyunu Oqtay Əsədov özü verib: “Milli Məclisə gəlmisiniz, biz burda aparıcıların nitqindəki qüsurlardan danışırıq. Amma indi baxıram ki, əsas problem Milli Teleradio Şurasından qaynaqlanır. Siz Milli Məclisdə danışırsınız. Bir balaca ifadələrinizə fikir verin. Belə səhvlərə yol verməyin. O nə deməkdir ki, deputatlar başa düşmür? Burda oturanların hamısı sizdən yaxşı başa düşür”. Bu fikirlərilə spiker Nuşirəvan Məhərrəmlini əslində səviyyəsiz adlandırıb.
Oqtay Əsədovun MTRŞ sədrini sərt tənqid etməkdə haqlı olsa da, səbəb təkcə Nuşirəvan Məhərrəmlinin Milli Məclisdə səsləndirdiyi fikirlər deyil. Məsələ burasındadır ki, Nuşirəvan Məhərrəmli prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin adamıdır. Ramiz Mehdiyevlə Oqtay Əsədovun münasibətlərinin soyuq olması isə heç kəsə sirr deyil. Hətta 2005-ci il parlament seçkilərində “boz kardinal” Oqtay Əsədovun namizədliyinin əleyhinə olub. Bundan sonra isə spiker postunun ona verilməsinə qarşı çıxıb. Amma hakim ailə ilə münasibətləri yaxşı olan Oqtay Əsədov spiker ola bilib.
Indi də Ramiz Mehdiyevlə Oqtay Əsədov arasında münasibətlər gərgindir. Elə bu baxımdan spiker əlinə düşən fürsətdən istifadə edərək “boz kardinal”ın adamı olan Nuşirəvan Məhərrəmlini “vurdu”.

Şimali İran Respublikasını tərk etmək istəyənlərin sayı artır

                          

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlarla iş üzrə Ali Komissarlığı 2008-ci ildə sənaye ölkələrində sığınacaq istəyənlərlə bağlı illik hesabatını açıqlayıb. BMT hesabatına görə, ötən il Azərbaycan R-dan 1834 nəfər dünyanın müxtəlif ölkələrindən sığınacaq istəyib. Belə ki, 2008-ci ildə sığınacaq istəyənlərin sayı 2007-ci ildəkindən 21% çoxdur.
Rəsmi statistikalar göstərir ki, orta hesabla hər il Azərbaycan R-dan başqa ölkələrə 2500 nəfər adam gedir. Bunların da böyük əksəriyyəti əmək miqrantlarıdır. Hesabat müəlliflərinin dediyinə görə, Azərbaycan R-dan xarici ölkələrdən sığınacaq istəyən şəxslərin sayı ilbəil artır. 8 milyondan bir qədər çox əhalisi olan respublika vətəndaşının 1834 nəfərinin kənarda sığınacaq alması şübhəsiz böyük rəqəmdir. Bu sıraya sığınacaq üçün müraciət edənlərin sayını da əlavə etsək, daha yüksək faiz alınar. Bəs görəsən adamlar neftlə zəngin və sürətlə inkişaf etdiyi iddia olunan Azərbaycan R-dan niyə gedir?
Azərbaycan
(Şimali İran) R-dan köç edənlərin sayının artmasına nələrin səbəb olmasını müəyyən etmək hazırda vacib məsələyə çevrilib. Çünki ölkə iqtisadiyyatının dayanmadan yüksəlişi və sosial rifahın artması barədə yüksək eşalonlardan səslənən fikirlərə rəğmən, fakt göz qabağındadır.
Ekspert rəyinə görə, respublikada sabitliyin mövcud olmaması, Qarabağ münaqişəsinin sona qədər həll edilməməsi səbəbindən insanlar xaricə üz tutur. Eyni zamanda xarici ölkələrdən sığınacaq alan azərbaycanlıların əksəriyyəti hüquqlarının pozulmasını əsas gətirərək bu addımı atır: "1992-ci ildən sonra azərbaycanlılar xaricdə daha çox qaçqın statusu almaq üçün müraciət ediblər. Onların sayı 100 min nəfərə yaxındır. Lakin həmin insanların 8-10 faizinə status verilib. Son illər isə Azərbaycandan gedənlərin əkəsriyyəti siyasi partiyaların nümayəndələridir ki, onlar da təqiblərə məruz qalan insanlardır.
Digər tərəfdən müxtəlif sosial qrupları təmsil edən insanlar da respublikanı tərk edənlər sırasındadır. Bunlar milli azlıqların və seksual azlıqların nümayəndələridir. Bundan başqa, ermənilərlə qarışıq ailələrin nümayəndələri də var ki, onlar da Azərbaycan R-nı tərk etməyə məcbur olub. "Azərbaycanı tərk edənlərin arasında üstünlüyü siyasi partiyalara mənsub olan şəxslər, söz azadlığının məhdudluğundan əziyyət çəkən jurnalistlər təşkil edir. Əlbəttə Azərbaycan R-da siyasi mühacirlərin statistikasının qəsdən aparılmadığını, bir qismi isə bunun mümkün olmadığını deyir.Ümumilikdə son illər vətəndaşların ölkəni hansı səbəbdən tərk etməsinə gəlincə, buna sosial-siyasi həyat şəraiti, həmçinin məhkəmədə hüquqların pozulması da rəvac verib.
Miqrantlara hüquqi yardım təşkilatının rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, bu tendensiya 1993-cü ildən müşahidə olunur.
Ekspertin fikrincə, hər bir seçki sığınacaq almaq istəyən şəxslərin sayının artmasına səbəb olur.
Ancaq YAP-dan olan deputat Rəbiyyət Aslanova bu fikirlə razılaşmır. Onun sözlərinə görə, Azərbaycan R. kimi ölkədən siyasi motivlərlə getmək olmaz. Çünki ölkədə insan hüquqlarını müdafiə edən bir xeyli qurum var.
Nəhayət xaricə köçən Azərbaycan R. vətəndaşlarını heç də həmişə xoş həyat gözləmir. Amma buna baxmayaraq onlar qəriblikdə yaşamağı vətəndən üstün tuturlar

 

 

 

Obama Buş kimi düşünür

 

Amerikalı bir təhlilçi İraq müharibəsini bu ölkə tarixinin xarici siyasətində ən faciəli rəftar adlandırıb.
Skay-Nyüz televiziyasının verdiyi məlumata görə Vaşinqton-Post qəzetinin təhlilçisi Tomas Rik deyib: ABŞ prezidenti Barak Obama Buş hökumətinin səhvlərindən ibrət dərsi alaraq İraq müharibəsinə sürətlə son qoymalıdır.
İraq müharibəsi haqqında Qumar adlı kitabın müəllifi və yazarı kimi tanınan bu amerikalı jurnalist deyib: Məncə İraq müharibəsinin başlanğıcı təməldən səhv idi. Ona görə də asanlıqla onu çözmək olmaz.
Amerikalı jurnalist ekspertlərin Obamanın İraqla bağlı mövqeyinə nikbin olmadıqlarını ifadə edərək deyib: Obama Buş hökumətinin qabaqkı səhvlərini təkrarlayır. Buş İraqdan sürətlə çıxa biləcəyinə inanırdı. İndi də Obama onun kimi düşünür. Bu da böyük bir səhvdir

 

 

Nardaran ağsaqqallarının məhkəməsi sabah keçiriləcək

 

Nardaranda Sionist rejimin cinayətlərinin pislənilməsi üzrə etiraz aksiyaları və piket keçirmələrdə mühüm rola malik olmuş Nardaran ağsaqqallarından iki nəfəri Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin mühakiməsi sabah saat 11:00-da Sabunçu rayon məhkəməsində keçiriləcəkdir.
Qeyd edilən iki nardaranlı ağsaqqal Bakıda Sionist rejimdə asılı ünsürlərdən Sabir Rüstəmxanlının iştirakı ilə onlara qarşı yalan və əsassız ittihamların irəli sürülməsinin ardınca həbs ediliblər

 

Şimali İran R. ordusunda qalmaqallı qətl

 

Əsgər 2 yoldaşını avtomatdan atəş açaraq qətlə yetirdi.
Azərbaycan Respublikası Milli Ordusunun əsgəri hərbçi yoldaşlarını odlu silahla qətlə yetirib.
Trend-News Xəbər Agentliyinin verdiyi məlumata görə, Tərtərdəki N saylı hərbi hissənin əsgəri, Zərdab rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Yasəf Qasımov əsgər yoldaşları İlkin Abdullayev və Tural Həsənova xidməti silahında atəş açaraq öldürüb.
Abdullayev Astara, Həsənov isə Sabirabad rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Hadisənin baş vermə səbəbi barədə məlumat verməyən mənbə faktla bağlı Tərtər Hərbi Prokurorluğunda cinayət işi açıldığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktla bağlı rəsmi məlumat yaymayıb.

 

 

 

پيام هاي ديگران ()        link        ۱۳۸۸/۱/۱٧ - علي اكرام

 

 

Şimali İranimiz

 yaddan çixmaz heç zaman!

Şimali İran R. və Ermənistan prezidentləri mayda Praqada görüşə bilərlər

 

 

 

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Praqada görüşmələri imkanından xəbər verib.
APA-nın məlumatın əsasən, Bernar Fasiye bir müsahibədə deyib ki , hələ bu görüşün dəqiq tarixi konkretləşdirilməyib. Zira Minsk qrupunun həmsədrləri rəsmi görüşün elanından qabaq Azərbaycan Respublikası və Ermənistan prezidentləri ilə lazımi ahəngdarlıqları etməyə borcludurlar.
Bernar Fasiyenin sözlərinə görə, 2 ölkə prezidentlərinin qarşıdakı Praqa görüşü Minsk qrupu həmsədrləri tərəfindən nəzərdə tutulan və ehtimal olunan hallardan biridir

 

Ziya Bünyadovun qatili kimdir?

 

Bakı şəhər sakinlərindən olan Gülməmməd İbadovdan YAP-ın müavini Ziya Bünyadovun qətlini öhdəsinə götürməsi istənilib.
Bakı şəhər sakini olan Gülməmməd İbadov son vaxtlar Bakıda Yeni Müsavat qəzetinə verdiyi müsahibədə bildirib ki, 1997-ci ildə Bakı şəhər baş polis idarəsində saxlanılan vaxt ondan YAP-ın sabiq müavini Ziya Bünyadovun qətlini öhdəsinə götürməsi istənilib.
Vahid Haşımov adlı bir şəxslə düşmənçiliyə görə dustağa düşmüş İbadov verdiyi həmin müsahibəsində deyib: Ziya Bünyadovun qətlini üstümə götürməyimi tələb etdilər. 55 gün ərzində mənə o qədər işgəncə vermişdilər ki, artıq bədənimə vurulan dubinka, təpik, yumruq zərbələrini hiss etmirdim. Ziya Bünyadovun qətlini boynuma götürüb ifadəni yazdım. İfadəni oxuyub götürdülər və sonradan bildim ki, cırıb atıblar. Qanunsuz silah və narkotik maddə gəzdirmə maddəsi ilə ittiham verib məhkəməyə göndərdilər. Məhkəmə ağına-bozuna baxmayıb barəmdə 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi.
Qeyd edək ki, YAP-ın sabiq 1-ci müavini və mərhum Heydər Əliyevin böyük rəqibi olan Ziya Bünyadovdan müəmmalı qətli, o zaman Bakıda anti-İran fəzasının hakim kəsildiyi bir şəraitdə İranı ittihamlandırmaq üçün bir bəhanəyə çevrilmişdi. Ancaq sonralar xalq dərk etdi ki, İrana vurulmuş yalan ittihamlar əsassız və yanlış olub.
Anti-İran şantajların çərçivəsində Bakı medialarında İrana qarşı bu cür müxtəlif yalan ittihamlar əks etdirilib ki, hələ də bu ittihamların pis təsiri bəzi şəxslərin yaddaşından və fikrindən silinməyib

 

Şimali İran R. ilk dəfə olaraq anti-sionist tədbirdə iştirak edib

 

Tehranda keçirilən Fələstinin müdafiəsinə həsr olunmuş 4-cü beynəlxalq konfransda Azərbaycan Respublikası da ilk dəfə olaraq rəsmi şəkildə iştirak edib.
Konfransa Azərbaycan Respublikası hökuməti tərəfindən ezam olunmuş heyət Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov başçılıq edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev və deputat Eldar İbrahimov isə Azərbaycan Respublikasından gələn heyətin digər üzvləridir.
Azərbaycan Respublikasının Tehrandakı səfiri Abasəli Həsənov də ölkəsinin rəsmi nümayəndə heyətinin tərkibində Fələstinin müdafiəsinə həsr olunmuş 4-cü beynəlxalq konfransda iştirak edib.
Konfransda İslam partiyasının keçmiş və indiki sədrləri Hacıağa Nuri, Hacı Möhsün Səmədov, bu partiyanın fəallarından olan Hacı Rövşən Əhmədli və Fəzilət partiyasının sədri Gündüz Hacıyev Azərbaycan Respublikasından aktiv iştirak ediblər.
Azərbaycan Respublikasından dəvət olunmuş bir neçə ictimai xadim bəzi səbəblərə görə Fələstinin müdafiəsinə dair 4-cü beynəlxalq konfransa gələ bilməyiblər. O cümlədən Hacı İlqar İbrahimoğlu, ölkədən xaricə səfər etməsinə qanunsuz qadağa qoyulmasına görə Tehran konfransına qatıla bilməyib.
Təhlilçilərin fikrincə, Fələstinin müdafiəsinə həsr edilmiş 4-cü beynəlxalq konfransa Azərbaycan Respublikası hökumətinin nümayəndə göndərməsini bu respublikada, xüsusən Nardaranda keçirilən anti-sionist aksiyaların səmərəsi hesab etmək olar.
Azərbaycan Respublikası möminləri keçirdikləri aksiyalarda bütünlüklə Sionist rejimlə əlaqələrin kəsilməsi və bu cinayətkar rejimin səfirinin Bakıdan qovulmasını tələb ediblər

 

Şimali İran R-da intihar halları xeyli artıb

 

Azərbaycan Respublikasında 2009-cu ilin ilk aylarında intihar halları rekord həddini aşıb.
Yeni Müsavat qəzetinin yazdığına görə son araşdırmalar ölkədə intihar hallarının sürətlə artdığını göstərir.
Qəzet qeyd edir ki, iqtisadi vəziyyətin pisləşməsi və gəlirlərin azalması respublikada intiharın amili kimi göstərilsə də, gənclərin intihar cəhdi telekanallardakı zorakılıq filmlərinin nümayiş etdirilməsinin nəticəsidir

 

 

ABŞ Azərbaycan(Şimali İran) R. yolu ilə hərbi texnikasını Əfqanıstana göndərir

 

 

ABŞ hərbi təchizatının bir hissəsini Azərbaycan Respublikası vasitəsi ilə Əfqanıstana göndərir.
Bakı mətbuatının yazdığına görə Amerikanın Tacikistandakı səfiri bu barədə Vaşinqtonun Mərkəzi Asiyada yeni hərbi bazalar yaratmaq niyyətində olmadığını açıqlayıb.
Məlumatda deyilir ki, Əfqanıstana göndəriləcək yüklərin tranziti üçün Latviya, Rusiya, Qazaxıstan və Özbəkistan marşrutlarından da istifadə olunacaq.
Amerikalı diplomatın sözlərinə görə hərbçilərin ehtiyacının bir hissəsi region ölkələrindən təmin edilməlidir

 

Naxçıvanda bahalaşma dalğası

 

 

İqtisadi böhranla bağlı dünyanın hər yerində ucuzlaşma başladığı vaxtda Naxçıvanda hələ də ucuzlaşma müşahidə edilmir.
Bakıda çıxan Yeni Müsavat qəzetinin yazdığına görə, indi Naxçıvanda 1 kisə unun qiyməti 24-26 manat təşkil edir. Hazırda Naxçıvandan Türkiyəyə gedən maşınlara ciddi qadağa qoyulub: İndi "QAZel" və minik maşınları həftənin yalnız bir günü İqdır şəhərinə gedə bilər.
Halbuki hər gün Naxçıvandan Türkiyəyə yük maşınları keçirdi. Bundan əlavə, Türkiyəyə mal aparıb əvəzində ərzaq gətirən şəxslərin bu ölkəyə keçməsi yasaqlanıb.
İran və Türkiyədən Naxçıvana toyuq, yumurta və digər ərzaq məhsullarının gətirilməsinə qadağa qoyulub. Bu məhsulları yalnız hakim ailəyə yaxın adamlar gətirə bilər

 

Az(Şimali İran). R-nın prezident aparatının işçiləri yol mənimsəmə ittihamı ilə həbs ediliblər

 

 

Az. R-nın prezident aparatının bir qrup işçisi mülk və yol mənimsəmə ittihamı ilə həbs ediliblər . Məlumatla xəbər mənbələri bu gün Az. R-nın bəzi mediaları ilə müsahibədə bildiriblər ki , Az. R-nın prezident aparatının baş məsləhətçisi İbrahim Məhəmmədov və onun müavini Oktay Şəhbazov həbs edilənlər sırasındadırlar . Deyilənlərə görə qeyd edilən mülk və yol mənimsəmə bandasının üzvləri dövlət əraziləri hesab edilən beynəlxalq hava limanına gedən magistral yolunun iki tərəfindəki əraziləri saxta sənədlərlə satıblar . Qeyd edilən yerlərin orta qiyməti 75 milyona manatdan yəni 93 milyard, 750 milyon tümən dən daha çox təxmin edilib

 

Azalın 600 işçisi işdən çıxarılıb

 

 

Baki  Dövlət Hava Yolları Şirkəti Azal maliyyə böhranına görə 600 işçisini işdən kənarlaşdırıb. Şirkətin sözçüsü Məhərrəm Səfərli dünya maliyyə böhranının ardınca qeyri münasib maliyyə durumuna işarə edərək proqnoz edib ki , cari milad ilinin sonunadək şirkətdən çıxarılacaq işçilərin sayı 1000 nəfərə çatacaq. Az. R. mediaları isə ARDNŞ rəsmilərinə istinadla xəbər veriblər ki , qeyri münasib maliyyə böhranına görə bu şirkətin bir sıra işçisi işdən kənarlaşdırılacaq. Onlar quru qazıntıları bölməsinin işçiləridirlər.

 

 

 

Baki . ABŞ-ın hava bazasının bu ölkədə yerləşdirilməsi ilə razılaşıb

 

 

Az. R-dəkı bir informasiya agentliyi İlham Əliyev hökumətinin ABŞ-ın bir hərbi bazasının Bakı yaxınlığında yerləşdirilməsi ilə razılaşmasından xəbər verib .
Daxil olan məlumata əsasən ,Forest News bildirib ki, bu bazanın yaradılmasında məqsəd, ABŞ qüvvələrinə lazım olan yüklərin Əfqanıstana göndərilməsidir . Ötən ay Amerikanın Qırğızıstanın Manas məntəqəsindəki hava bazasının bağlanmasından sonra Vaşinqton Əfqanıstanda ehtiyac duyduğu yüklərin nəqli üçün Mərkəzi Asiya və Qafqazda hərbi bazalar yaratmağa çalışır .
Taliblərin hücumları nəticəsində ABŞ-ın NATO yüklərinin Pakistan yolu ilə Əfqanıstana köçürülməsi bir neçə ay bundan qabaqdan problemlərlə üzləşib

 

Türkiyə-Ermənistan münasibətləri yaxşılaşmağa doğru irəliləyir

 

Türkiyənin xarici işlər naziri Ankara-İrəvan münasibətlərinin yaxşılaşmasından xəbər verib.
Türkiyənin Zaman qəzetinin yazdığına görə, Əli Babacan Ermənistan ilə Azərbaycan Respublikası arasındakı problemləri Türkiyə ilə Ermənistan arasındakı problemlərdən daha ciddi adlandıraraq deyib: Azərbaycan Respublikası ərazisinin 20%-i işğal olunub.
Babacan həmçinin aprelin 16-sı və 17-də İrəvanda keçirilməli olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak üçün Ermənistana səfəri barədə xəbərsiz olduğunu deyib.

 

 

 

İrandan həcc ziyarətinə gedənlərin sayı inanılmazdır

 

 

Həftə boyu İİR-dən Allah evi və Mədinəni ziyarət etmək üçün həcc müfrədə ziyarətinə gedən hacıların sayı 30 min nəfərə çatıb. İranın Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abdullah Nəsirinin sözlərinə görə Allah evini ziyarət etmək üçün 400 min nəfərin adı qeydiyyata düşüb.
Nəsiri əlavə edib i , ötən il isfənd ayının 12-dən etibarən Allah evinə ziyarətə gedən uçuşlar başlanıb və günü boyu 20 təyyarə Ciddə və Mədinəyə uçur ki, ümumilikdə bu uçuşların 18-i İranın hava limanından həyata keçirilir . Nəsiri İranın Həcc və Ziyarət Təşkilatının Allah evi və Ciddəyə ziyarətə gedən hacıları daşımaqda Homa , Mahan və Səudi hava aviasiya şirkətləri ilə müqavilə imzaladığını da diqqətə çatdırıb

 

 

Sionist hərbçilərin təcavüzləri haqda araşdırma sirli qalır

 

 

Sionist İsrail rejim Qəzzəyə qarşı 22 günlük təcavüzündəki vəhşilikləri haqda araşdırmalar olunmur. Frans-Pressin verdiyi məlumat görə, İsrail ordusu bu rejim hərbçilərinin Qəzzəyə qarşı 22 günlük təcavüzdə mülki fələstinlilərin qətli ilə bağlı sözlərinin mötəbər olmadığını əsas tutaraq bu məsələ ilə bağlı araşdırmaları gizli saxlamaq niyyətindədir.
Qeyd edək ki, Sionist rejimin Qəzzədə İsrail hərbçilərinin törətdiyi cinayətlər barədə araşdırmalara başlaması mart ayında Qəzzədə İsrail hərbçilərinin Qəzzə münaqişələri ilə bağlı sözləri haqda informasiyaların yayılmasından sonra başlandı. Sionist rejim hərbçilərinin Qəzzə əhalisinə qarşı törətdikləri cinayətlər barədə ifşaçılıq etmələri böyük rezonans doğurdu və Haarets qəzeti və Sionist rejimin əksər radiolarında təkrar səsləndi

 

 

 

پيام هاي ديگران ()        link        ۱۳۸۸/۱/۱٧ - علي اكرام

 

 

Şimali İranimiz

 yaddan çixmaz heç zaman!

 

Az(şimali İran) ordusunda əsgər ölümləri davam edir

 

 

Azərbaycan Respublikası(Şimali İran  ) ordusunda əsgərin müəmmalı ölümlərinin davamında Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edən Şimali İran ordusunun əsgəri yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olub.
Rəsmi məlumatda Quba rayonunun Cek kənd sakini 20 yaşlı Cahangir Aydəmir oğlu Qaflanovun qatili əsgər yoldaşı bildirilsə də hələdə bu barədə şübhələr var.
Quba rayon hərbi komissarı Asif Nemətovun ANSPRESS-in bölgə müxbirinə verdiyi məlumata görə hadisə dünən səhər baş verib və əsgərin meyiti bu gün səhər doğulduğu kəndə gətirilib.
Asif Nemətov bildirib ki, cənazəni gətirən hərbçilər hadisənin əsgərlərin postda növbə dəyişərkən ehtiyatsızlıq nəticəsində baş verdiyini deyiblər!
2008-ci ilin iyul ayında Quba rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan Cahangir Qaflanov bu gün doğulduğu Cek kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Quba rayon hərbi komissarlığının və Quba rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı bildirilir.
Həmişəki kimi faktla bağlı araşdırmalar aparılır

 

Şimali İran-da anti-Sionist aksiyalar davam edir

 

Bakıda Demokrat partiyası bir bəyanat yayaraq, ABŞ-ın Sionist rejimin Qəzzə ilə bağlı mövqeyini pisləyib.
İRNA xəbər verir: Partiya yaydığı həmin bəyanatda, beynəlxalq təşkilatlardan bəzisinin Qəzzədə Sionist rejimin törətdiyi cinayətlərlə bağlı sükut etmələrini də pisləyərək beynəlxalq təşkilatlardan istəyib ki, Qəzzədə bu rejimin törətdiyi insan faciəsinin qarşısının alınması sahəsində əsaslı addım atsınlar.
Azərbaycan(
Şimali İran )
Respublikasında digər ictimai qurum və təşkilatlar da Qəzzədə İsrail rejimi ordusunun törətdiyi cinayətləri pisləyərək, Qəzzədə ayırıcı bir yerdə sülhməramlı qüvvələrin yerləşdirilməsi ehtimalının təcavüzkar İsrail rejiminin mənafeyi uğrunda olması ilə izah ediblər.
Sionist İsrail rejimini xas hədəflərlə pisləyən partiya və siyasi qruplardan savayı Şimali İran-da xalq kütlələrinin İsrail rejimi ordusunun fəaliyyətinə qarşı izdihamlı etiraz aksiyaları da regionda siyasi dairələr və mediaların diqqətini cəlb edib.
İRNA-nın verdiyi məlumatına görə,
Şimali İran
- da Nardaran qəsəbəsinin sakinləri Sionist rejimin müdafiəsiz Qəzzə sakinlərinə qarşı törətdiyi cinayətlərə etiraz əlaməti olaraq 2-ci dəfə izdihamlı etiraz aksiyaları təşkil etmişdilər.
Əllərində təcavüzkar İsrail rejimini pisləyən plakatlar daşıyan aksiyaçılar Qəzzə sakinlərinə qarşı havadan və qurudan edilən hücumların güclənməsini, həmçinin bu rejimin əhaliyə içməli su və dərman preparatlarının çatdırılmasına imkan verməməsini xüsusilə də özlərini insan haqlarının tərəfdarı adlandıran tərəflərin bu cinayətlərlə bağlı sükut etmələrini pisləyiblər.
Özlərini insan haqlarının tərəfdarı adlandıran beynəlxalq təşkilatlar və ərəb dairələrinin Sionist rejimin 500-dən çox günahsız fələstinlini şəhid edib, 2500-dən artıq adamı yaralaması müqabilində sükut etməsi Nardaran qəsəbəsi sakinlərinin İsrail rejimi əleyhinə nifrət və hiddətini artıran digər amillərdən olmuşdur.
Aksiyada iştirak edən ağsaqqallar, habelə Bakı rəsmilərinin Sionist rejimin bu təcavüzkarlığı, xüsusilə də fələstinliləri qətliam etməsi qarşısında sükut etməsini də tənqid edərək vurğulayıblar: İslam Konfransı Təşkilatının üzvü olan Azərbaycan Respublikası müsəlman Qəzzə əhalisini himayə və qanunsuz İsrail rejimini pisləməklə bağlı şəffaf bir mövqe tutmalıdır.
İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə, 3 saat davam edən bu etiraz aksiyasında bir bəyanat qəbul olundu və bəyanatda rəsmi Bakının Sionist rejimlə bütün əlaqələrini dondurması, xüsusilə də bu rejimin Bakıdakı səfirliyinin bağlanması istənilib.
Aksiyada habelə ABŞ ilə İsrail rejiminin bayraqları yandırılıb

 

 

Yeni Yaxın Şərq təvəllüdü

 

 

İİR-nin xarici işlər naziri Fələstinin Həmas təşkilatının Qəzzədəki qələbəsinin ardınca "Yeni Yaxın Şərqin" təvəllüdünü müjdə verib.

Mənuçehr Müttəki dünən gecə İİR-nin ikinci telekanalı ilə müsahibədə Qəzzə əhalisinin müqaviməti və qələbəsini araşdıraraq "Yeni Yaxın Şərq"-in yaranmasından daşınıb və deyib : Onun konstruksiyası amerikalılar tərəfindən həyata keçirilməyib , gənc , həqiqət ardınca olan və müqavimət xüsusiyyətinə malik Yaxın Şərqin rəhbərləri xalqı arxayınlayıblar . Müttəki İKT-nin fəallaşdırılması , ərəb ölkəsinin təşviqi və müxtəlif ölkələrin geniş iştirakı ilə Doha iclasının keçirilməsini İranın Qəzzə müharibəsini izləməsinin nəticələrindən adlandıraraq artırıb : Kəmp Deyviddən sonra Doha iclasının nəticələri kimi hərəkətlər İslam ölkələri arasında müşahidə edilməmişdi.

İİR-nin xarici işlər naziri İranın digər addımları kimi Cenevrədə fəaliyyət , İnsan Haqları Şurası tərəfindən qətnamənin çıxarılması və faktaraşdırıcı komitənin təşkilinin qəbuluna toxunaraq deyib : XİN-nin digər addımları , İstanbulda İslam Parlamentləri arası və Suriyada Asiya məclisləri üçlüyü iclasları daxil olmaqla İŞM-nin fəaliyyətləri ahəngdar olub.

Müttəki həmçinin ABŞ-ın seçilmiş prezidenti Barak Obamanın prezidentliyinin başlanılması barədə deyib : Əgər Obama əməldə Buşun siyasətlərini davam etdirsə, Yaxın Şərqdə Buşa verilən xalqının milli maraqlarına diqqət və onunla sadiq olmaqdır , hərçənd belə bir seçimə inam çətindir

 

İsrail Azərbaycan R(Şimali İran) -dakı fəaliyyətini davam etdirir

 

Sionist rejimin Bakıdakı səfiri bildirib ki, bu rejimin Bakıdakı səfirliyi öz fəaliyyətini davam etdirir və rəsmi Bakı səfirliyinin təhlükəsizliyini təmin etmək istiqamətində xüsusi tədbirlərə əl atıb.
Artur Link Bakıda çıxan Azadlıq qəzetinə verdiyi müsahibədə habelə Sionist rejimin məzlum Fələstin xalqı və Həmasa qarşı puç yalan iddialarını təkrarlayıb.
Ötən həftə Bakinın bəzi informasiya vasitələri Sionist rejimin Qəzzədəki cinayətlərinə qarşı xalq etirazlarının qarşısını almaq məqsədilə bu rejimin Bakıdakı səfirliyinin fəaliyyətinin dayandırılması haqqında xəbərlər yaymışdılar

 

Sionist lobbilərin Obamaya göstərişləri

 

 

Vaşinqtondakı qüdrətli yəhudi lobbisi ABŞ-ın yeni seçilmiş prezidenti üçün yeni sərəncamlar verib. Bu göstərişlər İsrailin ABŞ-la xüsusi əlaqələrinin qorunub saxlanılması , İsrail əleyhinə olan İslam və ərəb ölkələrinə qarşı təzyiqlərin artırılması və ümumiyyətlə ABŞ-ın Yaxın Şərq və bütün dünya üzrə siyasətlərində İsrailin maraqlarının ön planda durmasından əminlik məqsədləri güdürlər.

Milli Təhlükəsizlik üzər yəhudi müəssisə "Cinsa" "Beynəlxalq Təhlükəsizlik Məsələləri" adlı jurnalında Amerikanın yeni prezidentinə göstərişləri dərc edib. Cinsanın banisi Stefan Brayan öz yoldaşları ilə birgə bir dəfə FBİ tərəfindən İsrail üçün casusluq üstündə ittiham edilib. ABŞ-ın Yaxın Şərq siyasətləri Amerikanın gələcək prezidenti İran , İraq və digər məsələlər haqda olan həmin jurnaldakı məqalələr göstərir ki , Cinsa Buşun dövründə ABŞ-ın xarici siyasətini yayındırıb , İraqa müharibə və İrana qarşı qalmaqalın davamını istəyib.

 Cinsa Obamadan istəyib ki , Buşun siyasətlərini davam etdirsin . Amerika -İsrail Ümumi İşlər Komitəsi İPƏK adlı daxili islahatlar aparmaq üçün ərəb və İslam ölkələrinə qarşı iqtisadi-hərbi təzyiqlərdən istifadə sahəsində məşhurdur.

 İPƏK jurnalının məqalələrində demokratiyadan söhbətlər çoxdur və işğal olunmuş Fələstin ətrafındakı ölkələrdən Qərb demokratiyasını həyata keçirmələrini istəyir. Lakin Fələstin xalqı işğal olunmuş Qəzzə zolağında Həmasa səs verərkən İPƏK və Sionist lobbi amilləri dərhal ABŞ-dan istədilər ki , Fələstinin seçilmiş dövlətini boykot etsin. Əlbəttə Həmas hazırda yalnız Qəzzəyə nəzarət edir və minimum indiyədək Fələstin ölkəsinin təşkili hərəkatını dayandırıbdır. Bu proses İPƏK və Sionist lobbilərin alqışı ilə üzləşdi, zia İsrail çoxdandır ki , ABŞ-ın siyasətlərini dəstəkləyir . İsrail öz ətrafındakı ölkələrdə hərc-mərclik tərəfdarıdır ki , onlar İsrailə hücum fürsəti tapmasınlar . ABŞ-ın İraqdakı məğlubiyyətindən sonra İsrail və onun Amerikadakı müttəfiqləri "İraq müharibəsi heç zaman başlamamalı idi" deməyə məcbur oldular . Əslində bu müharibənin səbəbkarları , İsrail və ABŞ-dakı sionist məmurlar olublar . İraqın ABŞ tərəfindən bölünməsi İsrailin milli təhlükəsizliyi üzər uzunmüddətli siyasətlərindən sayılır ki , İslam dünyasında parçalanma məqsədini güdür. Lakin İPƏK öz jurnalında belə təlqin etməyə çalışır ki , qadağan olunmuş silahlar İraqdan Suriyaya köçürülüb. Suriya İsrail ilə Amerikadakı lobbinin müharibə hədəfi ölkələri siyahısında durur. İPƏK habelə bildirib ki , İranın nüvə proqramının məhvi icbari bir məsələdir . ABŞ-ın Yəhudi Komitəsinin tabeliyində olan "Comentri" jurnalı da Obamaya buna oxşar göstərişlər verib. İndi görmək lazımdır ki , Obama əsl islahatlar aparmaq yoxsa Sionist lobbilərə söz verdiyi kimi İsrailin iş proqramlarını həyata keçirmək niyyətindədir

 

 

Oqtay Əsədov çıxılmaz vəziyyətdə

 

 

 

Spikerin Heydər Babayevlə qohumluğu onun üçün problemlərə səbəb olub

Hakimiyyətdə Milli Məclisin spikeri Oqtay Əsədova qarşı münasibət dəyişib. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb spikerin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə qohumluq əlaqələridir. Heydər Babayevlə kirvə olan Oqtay Əsədov artıq qohumuna görə ona da münasibətin dəyişdiyini hiss edir.
Mənbənin sözlərinə görə, Heydər Babayev vəzifəsindən çıxarılsa da, onunla bağlı məsələ hələ bitməyib: “Bu günlərdə Ilham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev Heydər Babayevin dövründə bir sıra cinayət əməllərinə yol verildiyini bildirdi. Nazir qeyd etdi ki, faktlar toplanaraq araşdırılması üçün prokurorluğa göndərilib. Əslində bu, Heydər Babayevə qarşı sanksiya kimi başa düşülməlidir. Hakimiyyətdə müəyyən qüvvələr var ki, Heydər Babayevin həbsinə nail olmaqla onun biznesini ələ keçirməyə çalışırlar. Ona görə də sabiq iqtisadi inkişaf nazirinin həbsi gözləniləndir. Bu halda təbii ki, spiker Oqtay Əsədov da sıxışdırılır. Onu da nəzərə almaq lazımdır ki, spiker Heydər Babayevi qohumu olduğu üçün həmişə müdafiə edib. Əlbəttə ki, bu da hakimiyyətdə yaxşı qəbul olunmayıb və spikerə qarşı münasibətin dəyişməsinə səbəb olub”.
Mənbənin sözlərinə görə, Oqtay Əsədovun indi iki yolu var. Ya o Məhərrəm Əliyevin yolunu getməlidir, ya da qohumundan imtina etməlidir. Xatırladaq ki, sabiq səhiyyə nazirinin qudası olan Bakı polisinin sabiq rəisi Məhərrəm Əliyev sona kimi qohumunu müdafiə etdi. Sonda onu da səfir adı ilə Tacikistana sürgünə göndərdilər. Vaxtilə Əli Insanovun süfrəsinin başında əyləşənlər, amma sabiq nazir həbs olunandan sonra ondan imtina edənlərə isə dəymədilər. Həmin şəxslər Əli Insanovu söyməklə bu gün də vəzifələrini qoruyub saxlayırlar. Görəsən, Oqtay Əsədov hansı yolu seçəcək?

 

Belə getsə, ölkə olacaq şahlıq, başında da şahənşah!”

 

 

 

Cavanşir Quliyev: «Bir nəfər üçün ölkənin Anayasasını dəyişməzlər»

“Hətta, zarafat edənlər də var ki, gərək referenduma bir məsələni də çıxardaydılar: ölkənin adının dəyişilməsini - Azərbaycan Respublikası yox, Azərbaycan Xanlığı!”

Hakimiyyətin atdığı son bir neçə addım həm ölkə ictimaiyyətini, həm də beynəlxalq qurumları hərəkətə gətirib. Istər konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı referenduma hazırlıq, istərsə də xarici radiostansiyaların milli tezliklərdə yayımına qoyulan qadağa qəti etirazla qarşılanıb. Belə bir ərəfədə ziyalıların, tanınmış şəxslərin fikirlərinə ehtiyac yaranır. Hazırda Bakıda məzuniyyətdə olan tanınmış bəstəkar Cavanşir Quliyevlə həm ölkədəki son hadisələr, həm də yaradıcılığı ilə bağlı söhbət etdik.
- Son vaxtlar ölkədə baş vermiş bir neçə hadisə demək olar ki, bütün beynəlxalq qurumların diqqətini Azərbaycana cəlb edib. Bunlardan biri ölkədə xarici radiostansiyaların yayımına qoyulan qadağadır. Siz bu hadisəni necə qiymətləndirirsiniz?
- Məncə, dünyanın diqqəti hazırda iki problemə cəlb olunub - maliyyə böhranına və Fələstindəki hadisələrə. Düşünürəm ki, Azərbaycanın daxili durumu bir neçə təşkilatı çıxmaq şərtilə, dünyanı bir o qədər də maraqlandırmır. Çünki bizim ictimai rəy xeyli passivləşib, elə bil ki, ümidini artıq hər şeydən üzüb və gözləmə mövqeyinə keçib. Dünya isə, məlumdur ki, ağlamayana süd vermir. Xarici radioları yerli tezliklərdən məhrum etmək qərarı gözlənilən hadisə idi - mən özüm-özümə tez-tez deyirdim ki, hakimiyyət bir qanun çıxarıb radioları bağlaya bilər və cəmiyyət, əsasən, susacaq. Sonra bu fikirləri başımdan qovurdum, özümü tənbeh edirdim ki, “oğrunun yadına daş salma”. Radiolar bağlansa, belə olacaq - cəmiyyətin müəyyən bir kəsimi, ən aktiv hissəsi başqa dalğalarda onlara dinləməyə, hər şeyə rəğmən, davam edəcək. Müasir düşünən, amma, tənbəl olanlar isə dinləməyəcəklər və yaxud az dinləyəcəklər. Passiv hissənin isə heç dinləmək imkanı belə olmayacaq. Beləliklə, Azərbaycanda operativ və dürüst informassiya əldə etmək bir az da çətinləşəcək. Bu da cəmiyyəti daha da passivləşdirəcək. Bütün bunlar, təbii ki, yaxşı şey deyil.
“Referendumla Azərbaycan hansı quruluşda yaşamaq istəyini bütün dünyaya bəyan edəcək”
- Başqa bir hadisə isə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətinin aradan qaldırılmasını nəzərdə tutan konstitusiya dəyişiklikliyinin həyata keçirilməsidir. Bu da beynəlxalq və ölkə ictimaiyyəti tərəfindən pislənilib. Bu məsələyə münasibətiniz necədir?
- Dəyişikliklər, bildiyimə görə, hələ qanuniləşməyib - referendum olacaq. Bu referendumla Azərbaycan cəmiyyəti hansə ictimai quruluşda yaşamaq istəyini bütün dünyaya bəyan edəcək. Ya dünyanın irəlidə gedən ölkələrinin - ABŞ, Ingiltərə, Fransa, Almaniya, Yaponiya, Italiya, Ispaniya, Avstraliya, Kanada -  bu ölkələrin sırasına girəcək, ya da deyəcək ki, şəkililər demiş, “ay ağzozu yiyim, biz hayindi dala qayıdası oldux - Zimbabvenin, Belorusun, Özbəkistanın, Türkmənistanın, Iordaniya, Səüdiyyə Ərəbistanı, Uqandanın və digər belə ləyaxlı ölkələrin yanına!”.
Bir şeyi də istəyirəm, xüsusilə qeyd edim - bir nəfər üçün, nə qədər layiq olursa, olsun, ölkənin ana yasasını dəyişməzlər. Bu vərdişə keçəcək, hamı belə edəcək və irəlidə nə zamansa xalqın gününü daha da ağır və qarmaqarışıq edəcəyik.
“Konstitusiya dəyişiklikləri Qarabağı bizdən daha da uzaqlaşdıracaq”
- Bəziləri bu dəyişikliklərin Qarabağ üçün də təhlükə yaradacağını bildirir. Yəni Azərbaycanda avtoritar rejim möhkəmlənsə, Ermənistanın nüfuzu daha artacaq və münaqişənin həllində üstünlük onlara veriləcək. Bu fikirlə razısınız?

- Tamamilə razıyam. Baxın, Israil Fələstinə bomba yağdırır, uşaqları öldürür, demək olar ki, bütün dünya susur. Niyə? Çünki HAMAS avtoritar bir rejimdir, Israil isə demokratik. Siz görün, Israildə hakimiyyət necə dəyişilir - indiki baş nazir, bir növ, işdən getmiş sayılır, yerinə gələsi olan da bəllidir, amma bu Israilin siyasətinə heç cür təsir etmir. Çünki ölkədə ən böyük güc kiminsə iradəsi deyil, demokratik qanunlardır!
Güman etmək olar ki, konstitusiya dəyişiklikləri Qarabağı bizdən daha da uzaqlaşdıracaq.
- Dəyişikliklərin ölkəni monarxiyaya aparacağı ilə bağlı deyilən fikirlə razısınız?
- Bu cür şübhələr əsassız deyil. Indi hər yerdə millət bunu danışır. Hətta, zarafat edənlər də var. Deyirlər ki, gərək referenduma bir məsələni də çıxardaydılar: ölkənin adının dəyişilməsini - Azərbaycan Respublikası yox, Azərbaycan Xanlığı! Deyirlər ki, zamanında bizdə şahlıq olub, belə getsə, Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Quba - bunlar tez bir zamanda xanlığa çevrilər, sonra isə ölkənin adı olar Azərbaycan şahlığı - başında da oturar şahinşah! Bax, bu cür lətifələr gəzir millətin içində.
“Güclü ictimai rəy olan ölkələrdə demokratiya zədələnmir”
- Bir müddət əvvəl Rüstəm Ibrəhimbəyovun təzyiqlərlə üzləşməsinə görə ziyalıların böyük bir qismi öz etiraz səsini ucaltdı. Hətta bu, ona qarşı hücuma keçənlərin bir qədər ger çəkilməsinə səbəb oldu. Sizcə, digər dövlət əhəmiyyətli, millətin taleyi baxımında vacib məsələlərdə bu cür birlik olarsa, əhəmiyyətli dəyişikliklərə nail olmaq mümkündürmü?
- Məlumdur ki, güclü ictimai rəy olan ölkələrdə demokratiya zədələnmir. Bu ictimai rəyi isə, əsasən, ziyalılar yaradır, xüsusilə də, məşhur ziyalılar. Bizim məşhur ziyalıların çoxu hakimiyyəti dəstəkləyir, ona görə də ictimai rəy belə zəifdir.
-  Bu dəfə qeyd olunan məsələlərə münasibət kəskin olsa da, hələ bu, hakimiyyəti atmaq istədiyi addımlardan çəkindirməyib. Sizcə, buna səbəb nədir? Hakimiyyətin inadkarlığı, yoxsa müqavimətin zəifliyi?
- Mənə elə gəlir ki, indi bizdə hakimiyyət elə güclüdür ki, türklər demişkən, istədiyini yapar, heç bir müqavimətdən-zaddan da qorxub eləmir. Dünya isə bizə Gürcüstana baxdığı kimi baxmır. Biz müsəlman xalqıyıq. Dünya isə müsəlman xalqlardan, hətta, Türkiyədən belə xeyli çəkinir, özlərininki hesab etmir, demokratik quruluş üçün təyziq etmir.
“Televiziyalar bərbaddır”
- Bu yaxınlarda ölkə televiziyalarının ictimai əxlaqı pozması ilə bağlı məsələ qaldırıldı. Bəzi deputatlar da bu məsələ ilə bağlı çıxış etdilər. Sizin televiziyaların vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Televiziyalar bərbaddır - bu sözsüz. Amma bunu deputatların deməsi, düzü, məni xeyli təəccübləndirdi. Çünki, indiki deputatların özlərinin seçilmə “üsulu”, yumşaq desək, haqqdan-ədalətdən, düzgünlükdən kifayət qədər uzaq olmuşdu - əksəriyyəti “yuxarının icazəsi” ilə seçdirilmişlərdir. Bir də ki, onlar televiziyalardan kimə şikayət edirlər - bəyəm tamaşaçının və ya oxucunun rəyi bu ölkədə nəyisə həll edir? Haqq-ədalət axtardıqları yer isə, möhtərəm deputatların oturduğu yerdən bir az aralı yerləşir, getsinlər ora - amma, ehtiyatlı olsunlar, çünki bizdəki televiziyaların rəhbərlərinin, demək olar ki, hamısı hakimiyyətin bəyəndiyi adamlardır. O üzdən, düşünürəm ki, “xalq təəsübkeşlərinin” istəkləri baş tutmayacaq.
“Cəmiyyətdən gizli işləri olmayan hakimiyyətin telekanala ehtiyacı olmur”
- Sizcə, televiziyalarla bağlı vəziyyəti necə dəyişmək olar?
- Bunun, məncə, bir yolu var - müstəqil telekanallar! Amerika kimi nəhəng bir ölkədə tam olaraq dövlətin himayəsində olan telekanal yoxdur. Çünki, cəmiyyətdən gizli işləri olmayan hakimiyyətin telekanala ehtiyacı olmur - o, sadəcə otürücü vasitə kimi qalır, hər cür siyasi təbliğatdan azad, ölkədəki hadisələri şərhsiz tamaşaçıya çatdırır, yəni, xəbər verir, vəssalam. Bizdə isə televiziyalar tərəflidir. Onun üçün də orda eybəcər şeylər baş verə bilir. Müstəqil kanal isə çalışacaq (ayrı yolu yoxdur) daha keyfiyyətli işləsin ki, yaşamaq üçün reklam cəlb edə bilsin, hansısa oliqarxın pulunun və zövqsüzlüyünün əsiri olmasın.
- Hazırda ölkədə mədəni mühit necədir?
- Həmişəki kimi.
- Bu vəziyyət Sizi qane edirmi?
- Yox, qane etmir.
- Əvvəlki illərə baxanda inkişaf, yoxsa geriləmə müşahidə edirsiniz?
- Suala birmənalı cavab vermək olmaz, cünki nəsə inkişafdadır, nəsə, əksinə, yox. Ətraflı analiz etdikdən sonra birmənalı rəy söyləmək olar. Bu da kifayət qədər zaman tələb edir.
- Yaradıcılıq fəaliyyətiniz nə yerdədir?
-  “Oğuznamə” baletini - librettosu V.Ibrahimoğlunundur - bitirdim, səhnə həyatını gözləyirəm. Bu işlə prodüsser məşğul olur. Hazırda “Tufan” baletini yazıram - iki hissəli əsərin birinci hissəsinin sonuna yaxınlaşıram. Libretto müəllifi Alla Axundovadır. Eyni zamanda nəhəng bir proyektə girişmişəm - 12 tamaşalıq “Dədə Qorqut” meqa-baleti. Libretto müəllifi V.Ibrahimoğludur. Yəni, əsər tam hazır olduqda 12 axşam dalbadal 12 baletə baxılacaq. Məncə, bu, dünyanın ən uzun səhnə əsəri ola bilər. Iş çoxdur və kifayyət qədər ağırdır, onun üçün durmadan işləyirəm, artıq ilk iki baletin eskizləri hazırdır. Arada, başqa musiqi də

 

yazıram - mahnılar, 4-cü Simfoniya, işlədiyim universitənin tələbələri üçün “Yedəkçi” musiqili komediyası və s

 

 

 

 

Əbədi hakimiyyət mühərriki

 

Gözlənilən sürprizlər daha dəhşətli ola bilər

 

Beynəlxalq vəziyyət çox gərgindir. Dünyada qlobal iqtisadi böhran ağır addımlarla irəliləyir; bu yarışın sonu görünmür; nüfuzlu beynəlxalq təsisatlar bu problemin müzakirəsi ilə məşğuldurlar.
Bu azmış, Israil Fələstinlilərlə yeni hərbi anlaşılmazlıq müstəvisinə girib. Minlərlə tələfat var. Bütün iri dövlətlər və nüfuzlu beynəlxalq təsisatlar bu problemin də müzakirəsi ilə məşğuldur. Bapbalaca Israil dövlətinin çox nəhəng beynəlxalq şəbəkələrə təsir imkanlarının olduğu sirr deyil və buna görədir ki, Israil-Fələstin münaqişəsi iqtisadi böhran qədər siyasi böhran törədir.
Hətta sakit və soyuqqanlılığı ilə seçilən Pribaltlar da öz ölkələrində qalmaqal yaradıblar. Doğrudur, Rusiya ilə Ukrayna, üstəgəl Avropa arasında qaz müharibəsi Pribaltların səsini batırır, amma “qaz müharibəsi” də dünyanın iqtisadi-siyasi böhran xəritəsində sanballı gərginlikdədir.
Belə qarmaqarışıq vəziyyətdə baki hökumətinin yaratdığı problemlər kiminsə eyninə gələrmi? Əlbəttə yox. Daha iri, daha gərgin problemlər dünyanın gündəmini zəbt edib. Və əlbəttə söhbət ondan getmir ki, münaqişələrin əlində gicələk qalan dünya siyasəti Azərbaycan dövlətinin Dağlıq Qarabağ separatçılarını cəzalandırmaq planı ilə üzbəüz qalıb (hərçənd, belə bir şəraitdə belə bir planın icrasına baş vurmaq çiy görünməzdi).
baki hökuməti dünyanın siyasi gündəmindən gizlədə biləcəyi addımlar atır: “Azad Avropa”, “Amerikanın səsi”, “Bi-Bi-Si” qapanır, baki prezidentinin permanent seçilməsi üçün patriarxal hüquqi norma müəyyən edilir.
Indi Amerika öz “səsinin” Azərbaycan  (
Şimali İran)- da yenidən yayılması ilə yox, Israilin səsinin batmaması kimi mühüm problemlə məşğuldur. Dünya hətta böyük sensasiya kimi dəyərləndirilən  son ABŞ prezidenti seçkilərinin məntiqi nəticəsində - Barak Obamanın prezidentlik fəaliyyətinin başlanmasında da maraqlı görünmür. Burada, coğrafiyanın sonundakı Azərbaycan(Şimali İran) adlı bir ölkədə prezidentin iki və ya on dəfə seçiləcəyi indi kimsəni narahat etmir. Elə Azərbaycanın içində də vəziyyət belədir. Nardaranlılar ABŞ-a, Israilə və bu müstəvidə heç cür anlaşılmayan şəkildə - Sabir Rüstəmxanlıya ölüm hökmü çıxarırlar; hökumətə ultimatum verirlər ki, əgər Israil səfiri Azərbaycandan qovulmasa onlar Bakıya yürüş edəcəklər. (Bu, əlbəttə, dünyanın siyasi mənzərəsinə perodik bir əlavə kimi də daxil edilə bilər).
Uğurlu vaxt
Həqiqət budur ki, baki hökuməti öz radikal siyasi planlarını (söhbət təbii ki, neomonarxiyanın bərkidilməsindən gedir) həyata keçirmək üçün bundan uğurlu vaxt tapa bilməzdi.
Cikini... bikini...
Deməli, konstitusiya dəyişikliyi yalnız bir məqsədi: - “əbədi hakimiyyət mühərriki” yaratmağı nəzərdə tutur. Bu da başqa məsələdir ki, bu, tarixin dialektikasına ziddir. Və zatən baki hakimiyyəti nə dialektika tanıyır, nə məntiq, nə də hansısa sosial zərurət. “Əbədi hakimiyyət mühərriki” isə mövcud imtiyazların, komfortun, hədsiz var-dövlətin qorunub saxlanması üçün gərəkdir.
Əlbəttə, YAP-ın cəmiyyətə sırımaq istədiyi illogikal (məntiqsiz) “sillogizm” başqa tapmacanı təlqin edir: Ilham Əliyev gəncdir, hələ işləmək üçün böyük potensialı və planları var və onun prezident seçilmək hüququnu məhdudlaşdıran bütün qanunlara “bir qoz”. Bu gülməli tezisin beş il, on il sonrakı formaları haqqında nə düşünmək olar? On il sonra bu nimdaş tezis bu şəklə düşəcək: Ilham Əliyev bu ölkənin cikini-bikini bilir, böyük təcrübə qazanıb və ondan qeyrisinin prezident olması yolverilməzdir. Üstəlik, Dağlıq Qarabağ problemi kimi bir məsələ var...
Bəlkə, kimlərsə belə güman edir ki, on il, on beş il sonra Dağlıq Qarabağ problemi həll olunacaq, mən düşünmürəm. Bu qənaəti isə mənə həmin YAP-ın təbliğat maşını verir. Bircə epizodu xatırlatmaq yerinə düşər: Bu yaxınlarda belə məlum oldu ki, ruslar Ermənistana 800 milyon dollar dəyərində hərbi mükəlləfat, silah-sursat bağışlayıb.Baki hökumətinin təbliğat maşını bu fakta belə reaksiya verdi: “Tələsməyin, 2016-cı ildə Azərbaycanda hərbi zavod tikiləcək və biz bu raketlərdən istehsal edəcəyik”. Qorxaq ölkə diplomatiyası Rusiyaya etiraz etməyə, Cənubi Qafqazda qüvvələr nisbətini pozan, hərbi siyasi gərginliyin artırılmasına xidmət edən addımları pisləməyə cəsarət etmədi. Bu cəsarət qıtlığını biz Rusiyanın Gürcüstana hücum günlərində də müşahidə etdik. Amma bu cəsarət qıtlığı Konstitusiya Məhkəməsinin qarşısında etiraz piketi keçirənləri dağıtmaq lazım gələndə bir an içində yoxa çıxdı və Azərbaycan hökuməti şiri-nərə döndü. Və maraqlıdır ki, “Əbədi prezident” maddəsi Konstitusiya Məhkəməsində polis mühasirəsində qəbul edildi. Şübhəsiz, bu fakt tarixə köçdü.
Radio(aktiv) əməliyyatlar
YAP ideoloqları müxtəlif şərhlər verə bilərlər. Amma, bu şərhlərin hamısı siyasi demoqogiyadan başqa bir şey deyil. Fakt budur ki, “əbədi prezidentlik maddəsi” Azərbaycanın(
Şimali İran) qaragüruhçu hakimiyyətinə mühüm bir məqsəd üçün lazımdır: 15 illik qanunsuz hakimiyyət dövründə əldə edilmiş qanunsuz sərvətləri qoruyub saxlamaq, ümumdünya miqyaslı qara kommersiyanın tərkib hissəsinə, mümkün olsa, aparıcı elementlərinə çevriləcək. Sonra,.. sonra,..
“Sonra”lar çox şey ola bilər. Amma bu prosesin gedişində mütəşəkkil bir inzibati-maliyyə qruplaşmasının mənafeyi naminə Azərbaycan əhalisinin maraqları zorlanır və bu proses davam edir.
Bəlkə də detallaşdırmaq lazım deyil - amma axı, deyəsən hamıya aydın deyil ki, Azərbaycanda siyasi hakimiyyət və maliyyə inhisarları arasında tam bərabərlik işarəsi vardır. Azərbaycanın qara milyonerlərinin hamısı siyasi hakimiyyətin təmsilçiləridir. Bu inhisarlar Azərbaycan dövlətindən qat-qat varlı və hətta bir çox təsir imkanlarına görə qat-qat güclü şəbəkə yaradıblar. Bunu müqayisə etmək qətiyyən çətin deyil.
Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr dayanır:
- Dağlıq Qarabağ probleminin, - ölkənin ərazi bütövlüyünün tam həlli;
- Ölkənin təbii enerji ehtiyatlarının gəliri hesabına qeyri-neft sektorunu inkişaf etdirmək və iqtisadiyyatın neftdən asılılığını ləğv etmək;
- Azad bazar iqtisadiyyatını bərqərar etmək; demokratiyanı ictimai institutlaşma mexanizmi kimi dərinləşdirmək, bununla da Qərb Cəmiyyətinin tərkib hissəsinə çevrilmək;
- Təhsil və səhiyyəni milli təhlükəsizliyin dərk olunan parçası kimi qəbul etmək və onları ən müasir standartlara uyğunlaşdırmaqla inkişaf etdirmək;
Bu mühüm, strateji məqsədlərin heç biri “yerindən tərpənmir”. Amma Baki dövlətindən daha güclü olan Azərbaycan monopolistləri öz merkantil maraqları naminə bir çox problemləri həll ediblər:
- Strukturlaşmış inhisar şəbəkələri ən müasir maliyyə mexanizmləri kimi çalışır;
- Inhisarların maraqları ilə toqquşan bütün alternativ iqtisadi təşəbbüsləri bir andaca məhv etmək üçün nəhəng təzyiq mexanizmləri mövcuddur və bu mexanizmlər dövlət adı ilə işləyir;
- Ölkənin maliyyə iqtisadi potensialı çox dəqiq şəkildə maraq sektorlarına bölünüb;
- Nəhayət, ölkəni mənimsəmək üçün zəruri olan əlavə faktor - “əbədi siyasi hakimiyyət” amili yaradılır və indiki Konstitusiya əməliyyatı da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Və bu proses davam edir.
Növbəti mərhələlərdə bu prosesin daha ağır sosial-siyasi görsənişləri olacaq. Bütün enerjisini və planlarını ölkəni mənimsəməyə, özününküləşdirməyə sərf edən institutlaşmış mafiya Azərbaycan(
Şimali İran )-da başqa cür düşünənlərin, başqa cür düşünmək üçün örnək olan bütün görsənişlərin məhv edilməsi kampaniyasını genişləndirəcək. Təsadüfi deyil ki, məsələn, hüquq müdafiəçisi Leyla Yunus məhkəməyə çəkilir. Alternativ mətbuat bir ictimai struktur kimi sıradan çıxarıldığı (“radio əməliyyatı” da buraya daxildir) üçün növbəti əməliyyat bu zümrəyə yönəlməlidir. Sonra alternativ siyasi institutlar sıradan çıxarılmalı, siyasi alternativlər bütün mümkün vasitələrlə məhv edilməlidir.
Inzibati terror
Başqa sözlə desək, gözlənilən mart referendumundan sonra
Şimali İran-  da inzibati terrorun yeni mərhələsi başlayacaq.
Və yeri gəlmişkən,
Şimali İran-  da demokratiyanın mövcudluğunu istəyən bütün ictimai institutlar və şəxslər artıq həyəcan təbilini çalmağa başlamalıdırlar. Bu, bir beynəlxalq kampaniya xarakteri də daşıya bilər. Azərbaycan(Şimali İran) öz ampluasında yeganə ölkə deyil. Inzibati terrorla məşğul olan rejimlərin siyahısı o qədər də kiçik deyil və bu siyahı dünya demokratiyasını narahat etməlidir. Fakt budur ki, siyasi məhbusların mövcudluğu inzibati terrorun nəticəsidir. Belə rejimlərin öz davranışlarına uyğun şəkildə qiymətləndirilməsi silahlı terrorçularla mübarizə qədər əhəmiyyətlidir. Bəlkə, belə deyil?!

Ilham Əliyevin sexi

 

Şahvələd Çobanoğlu

 

Ilham Əliyev yenə dünyaya meydan oxudu - heç kim bizim daxili işlərimizə qarışa bilməz! Indi adam Azərbaycanın xəritəsini qabağına qoyub fikrə gedir ki, axı kimdir bizim daxili işlərimizə qarışan? Xəritəmizi deməyimin xüsusi mənası var, çünki bizim daxili işlərimizə açıq şəkildə qarışanların nəzarətimizdən çıxardığı torpaqlar bu xəritədə tam aydınlığı ilə görünür. Ilk öncə meydan oxunmalı olanlar ermənilərdir ki, onların ünvanına heç nə deyilmədi.
Başqa kimdir bizim daxili işlərə qarışanlar? Onların maraqları nədir? Kimə lazımdır bizim ölkədəki sosial vəziyyət, polisin insanlara münasibəti, əhalinin gəlirləri, körpü tikib-tikməməyimiz? Özlüyündə bu, heç kimi maraqlandırmır.
Amma sirr deyil ki, Ilham Əliyev “daxili işlər” deyəndə nəyi nəzərdə tutur. Onun nəzərində daxili işlərə qarışanlar bizim ölkədə insan haqları və demokratiya tələbləri ilə çıxış edənlərdir.   
Şimali İran -da islahat, demokratiya, ədalətli seçki tələb edənlər onun nəzərində ölkəmizin daxili işlərinə qarışır və bu, qəbul edilməzdir. Əslində, Ilham Əliyev bir daha həmin qüvvələrə mesaj verdi ki, onların bu tələbləri mənasızdır və baki hakimiyyəti həmin tələbləri nəzərə almaq fikrində deyil.
Bilirəm ki, burada demokratiya və insan haqlarının heç bir ölkənin daxili işi olmaması fikrini xatırlamağımın qətiyyən yeri yoxdur. Onsuz da bizim ölkədə həmin cümlənin bir dollarlıq qiyməti olmayacaq. Azərbaycan hakimiyyəti üçün əsas olan bu ölkəni şəxsi sex kimi idarə etməkdir. Sexin işlərinə isə heç kim qarışa bilməz. Onun mülkiyyət toxunulmazlığı var ki, Ilham Əliyevin dediyi də budur.
Aydındır ki, xarici güclər Azərbaycanın onların çaldığı hava ilə oynamasını istəyərlər, lakin bu, ölkənin xarici işlərinə aiddir. Tutaq ki, ölkəmizin NATO-ya üzv olub-olmaması məsələsi. Biri bunu istəyir, digəri isə yox.
Şimali İranimizin  daxili işləri bunlardırmı?
Hesab edək ki, biz NATO-ya inteqrasiya yolunu tutmuruq, bəs ölkədəki rüşvət sistemi niyə dayanmır? Hesab edək ki, bizim Rusiya ilə dostluğa üstünlük verməyimiz daha yaxşıdır, bəs ölkədə insan haqlarının tapdanmasının qarşısı niyə alınmır? Hesab edək ki, bizim balanslı xarici siyasətimiz doğrudan tərifə layiqdir, bəs onda ölkə niyə talan edilir? “Daxili işimizdir” deyib, səsi çıxmayan xalqın başında qoz qırmağın harası yaxşıdır? Nəyi yaxşıdır?
Xarici siyasətimizə gəldikdə isə, bu haqda danışmağa yer qalmır. Balanslı xarici siyasətin gerçək fakturası bu günlərdə Rusiyanın Ermənistana silah verməsi ilə üzə çıxdı. Pozulan balans xarici siyasətimizin uğursuzluğunu tam göstərdi. Rusiya balansı niyə gözləmədi?!
Bəs nədir bizim əldə etdiyimiz? Talan və yalanmı? 
olk
ənın daxilindəki durumun beynəlxalq təşkilatların hesabatlarında tənqid edilməsi yalnız Azərbaycanın xeyrinədir. Bundan bizə yalnız fayda var. Bundan ziyan isə yalnız bakini idarə edənlərə dəyə bilər. Dünya maraqlar dünyasıdır, amma artıq mütərəqqiləşməni, demokratiyanı tələb etmək bəşəriyyət üçün bir ənənəyə çevrilib. Kimsə bunu inkar edə bilməz, kimsə bunun qarşısını ala bilməz. Bunu ölkələrin daxili işinə qarışmaq kimi yozan hər kəs öz xalqına və bəşəriyyətə qarşı çıxmasını nümayiş etdirir.   
Bir də ki, hər şeyi Azərbaycan xalqı gözəl bilir. Ola bilsin, kimlərsə çəkinib demir, kimlərsə xain çıxıb etiraf etmir, amma bu yolun sonunda uğur yoxdur.

 

Hakimiyyətin ömrü...

 

Rövşən Hacıbəyli

 

Ötən il heç də özündən əvvəlkilərdən fərqlənmədi. Beynəlxalq təşkilatlar bu ilə qiymət verərkən Azərbaycan yenə də azad olmayan ölkələr sırasına düşüb. Bizi o sıraya yazanları yox, ora aparıb çıxaranları məhşər ayağına çəkmək gərəkdir. Niyəsini soruşmaq jurnalistlərin işidir. Kimdən? hə, bu, bir qədər qəliz məsələdir.
Jurnalistlər işlədikləri qəzetə uyğun müsahib - respondentdə demək olar, seçirlər. Ona görə də beynəlxalq təşkilatların hesabatlarına yerli ekspertlərin rəyini öyrənmək istəyəndə gərəkdir ki, bir neçə qəzetə baxasan. Tam təsəvvür yaranması üçün. Amma elə qəzetlər də var ki, heç baxmasan da olar. Yəni bu qəzetdə çalışanların kimi seçəcəyini, onun hansı suala necə cavab verəcəyini qabaqcadan bildiyindən gözünü əlavə əziyyətə salmağa dəyməz.
Məsələ ondadır ki, bəzi jurnalistlər oxucuları əziyyətə salır, açığı məqsədi başa düşmürsən, düzdür, ağlına min cür fikir gəlir, amma azərbaycanlı jurnalistləri yaxşı tanıdığından başqa xəyaldan əl çəkməli olursan.
Xarici radioların bağlanması məsələsi hələ də dartışdırılır. Dünyanın hər yerindən bəyanatlar gəlir. Istər xaricilər, istərsə də çeşidli səbəblərdən Azərbaycanı tərk edib başqa ölkələrdə sığınacaq tapan soydaşlarımız etiraz səslərini ucaldırlar. Eşidən olmasa da...
YAP-ın sözdeyənlərindən Siyavuş Novruzov qəzetlərdən birinə müsahibə verib xarici radiolar bağlanarkən Azərbaycanın maraqlarından çıxış etdiklərini deyib. Bu müsahibədən belə çıxır ki, xarici radioları YAP bağlayıb. Nuşirəvan Məhərrəmli sadəcə vasitəçi rolunu oynayıb. Adam inanmaq istəmir, daim demokratiyadan, demokratik dəyərlərdən danışan, konstitusiya dəyişikliklərini referenduma çıxaranda da yalnız xalqı düşünən, onun seçim hüququ qayğısına qalan, insan haqlarına hörmətlə yanaşan YAP birdən-birə belə mürtəce qərar versin. Həm də ona görə inanmaq istəmir ki, Nişirəvan müəllimin rəhbərlik etdiyi təşkilat heç kimdən asılı olmayan müstəqil qurumdur.
“Azərbaycanın maraqlarından çıxış etmişik” məsələsini bəzi politoloqlar başqa yerə yozurlar. Onların qənaətinə görə, YAP-çılar partiya maraqlarından uzağa gedə bilməyiblər. Məgər Nuşirəvan müəllim belə şeylərin fərqinə varmır? Inanmıram. Göstəriş gəlməsi o demək deyil ki, ona kor-koranə əməl edəsən.
Qalırsan məəttəl, politoloqlar da elə-belə adamlar deyil, dedikləri sözə qiymət verirlər, eyni zamanda iqtidar partiyası təmsilçilərinin də Azərbaycan maraqlarından kənara çıxmasına inanmıram. Amma Azərbaycan deyəndə nəyin nəzərdə tutulduğunun araşdırılmasına ehtiyac var. Adam var ki, ancaq ailəsini düşünür, bütün çalışması, vuruşması ona yönəlib, amma əlinə mikrofon, tribuna keçən kimi xalq, millət dilindən düşmür. Bəzən elə də olub ki, xalq bütün bunlara inanıb, özünü on illərlə geri salıb. Yaxın tarixdə bu acı təcrübəni yaşamışıq, yaşamaqdayıq da demək olar...
YAP iqtidarının Azərbaycanın adını hər il cəmi millətlər içində “uca” etməsi, yayılan hesabatlardan bəllidir...
Müsavat başqanının öz qəzetində dünən başlığa çıxarılmış fikri ümidlərimizi xeyli artırıb. Referenduma qarşı mübarizə üçün toplaşan tərəfdarlarına Isa Qəmbər ilginc məlumat verib: “Hakimiyyətin ömrünün çoxu gedib, azı qalıb”. Tədbirdə bu fikrin alqışlanıb-alqışlanmadığını bilmirəm, amma qəzeti oxuyanların gözlərindəki sevinc qığılcımı diqqətimdən yayınmadı...
Başqaları kimi mənim də ömrümün çoxu bu hakimiyyətlə keçib, xeyli kədərləndim, deməli, azı qalıb...

 

Milli Bankda oğurluq faktı ilə bağlı 3 nəfər yaxalanıb

 

Ötən il oktyabrın əvvəllərində Azərbaycan Respublikası Milli Bankdan 3 milyon manatın itməsi faktına görə 3 nəfər yaxalanıb.
Bu xəbər "Yeni Müsavat" qəzetinə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub. Hələ dəqiq məlumat verilmir.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir neçə gün əvvəl Yasamal rayonu ərazisində əməliyyat keçirərək Ərşad Cəlilov adlı şəxsi yaxalayıb. Həmin şəxs Milli Bankın işçisi olub. Ondan başqa daha iki nəfər tutulub. Bu şəxslərin həbsindən əvvəl onlar işdən çıxarılıblar. Onların üçünün də 3 milyon manat müəmmasına bağlı odluğu deyilir

 

پيام هاي ديگران ()        link        ۱۳۸٧/۱۱/۳ - علي اكرام

 

Xudafərin

    

     Şimalİran yaddan çixmaz

 

 

Prezident Əliyev tam razıdır!

 

Prezident İlham Əliyev Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının əsaslı təmir və yenidənqurma işləri aparılmış binaları ilə tanış olub. AzərTac xəbər verir ki, prezident bu iki binada aparılan təmir və bərpa işlərindən razı qalıb. Oralarda Heydər Əliyevin heykəlləri quraşdırılıb

 

Corc Buşun İlham Əliyevə müraciəti

 

ABŞ prezidenti İ.Əliyevə müraciət göndərərək, Azərbaycan(Şimali İran ) R-da ikinci prezidentlik dövrünün başlanması münasibətilə onu təbrik edib. Corc Buş bu müraciətdə ABŞ-ın Şimali İran Respublikasında enerji sahəsindəki maraqlarının üstünlüyünü vurğulayıb.
AZƏR-TAC-ın məlumatına əsasən, Corc Buşun təbrik teleqramında deyilir: Biz enerji təhlükəsizliyi sahəsindəki məqsədlərimiz istiqamətində inkişaf xüsusiyyət təşkil etməklə bərabər, Qarabağ böhranının həlli üzrə əsas prinsiplər barədə razılığını əldə olunmasına ümidvarıq. Eləcə də Şimali İran Respublikasını bu ölkədə demokratik orqanların möhkəmləndirilməsi sahəsində dəstəkləyirik.
Bu müraciətə nəzər saldıqda görünür ki, Vaşinqton Şimali İran Respublikasında enerji sahəsindəki maraqlarını ön planda saxlayır və onu "Enerji təhlükəsizliyi sahəsində həmkarlıq" adı altında izah edir. Lakin əslində bu həmkarlıq Şimali İran Respublikası üçün deyil, Sionist rejimin təhlükəsizliyinin təmininə yardım üçündür. Zira ABŞ tərəfindən Şimali İran Respublikasına qəbul etdirilmiş neft strategiyası nəticəsində Sionist rejim, Bakı-Ceyhan kəmərinin işə düşməsindən sonra, rəsmi Bakının neft sövdələşməsinin ən böyük tərəfinə çevrilib. Bu hiyləgərcəsinə planın arxasında gizlənmiş siyasət nəinki Şimali İran Respublikasına təhlükəsizlik gətirməyib, əksinə əmin-amansızlıq və problemlərə səbəb olub. Şimali İran neftinin işğal olunmuş Fələstin ərazilərinə nəqli marşrutu planlaşdırılıb ki, Türkiyədə Bakı-Ceyhan kəmərində partlayış və Gürcüstan böhranı nəticəsində son aylar
Şimali İran
Respublikası üçün onun başağrısı olması tamamilə aşkar olub və əslində ABŞ Bakı-Ceyhan kəmərini Şimali İran Respublikasının böyük və əbədi zəif cəhəti kimi qərar verib və bu Amerika tərəfindən təbliğ olunan enerji təhlükəsizliyinin əsl mənasıdır.
Lakin Buşun Əliyevə məktubunun ikinci hissəsi Qarabağ məsələsinə və onun bu məsələnin qarşıdakı aylarda həllinin əsas prinsipləri haqqında sazişin imzalanması ehtimalı ilə ümid etməsinə ayrılıb. Əslində Buşun bu ümidvarlığı Qarabağ məsələsi haqqında Qərblə ABŞ-ın Ş .İ Respublikasındakı qanunsuz istəklərinin təmini ehtimalından xəbər verir.
Minsk qrupunun amerikan və qeyri-amerikan həmsədrləri daim "Qarabağdakı separatçı ermənilərinin haqqı" adlandırdıqları məsələni dəstəkləyiblər və Ş. İ Respublikası prezidentlərini Qarabağ separatçılarına talelərinin təyini haqqına zəmanət verən sazişi imzalamaq üçün təzyiq altında qoyublar. Son aylarda İlham Əliyevin Qarabağ erməniləri arasında referendumun keçirilməsi ilə razılaşması haqqında şayiələr yayılıb. Buşun Qarabağ məsələsinin həlli üzrə əsas prinsiplər barədə yaxın aylarda razılığın əldə olunmasına ümidvarlığının Əliyevin qeyd olunan razılaşması ilə bağlılığı var və ehtimal üzrə qarşıdakı aylarda bu barədə Ermənistanla Ş.İ Respublikası arasında sazişi bağlanacaq. Ş.İ Respublikası cəmiyyətində mövcud olan reallıqlar bir kənara qalsın, bu Respublikadakı son seçkilərdə seçicilərin 87%-dən çoxunun dəstəyinin rəsmi şəkildə elan olunması da bu cür sazişin imzalanmasına zəmin yaradır. Xüsusən ona görə ki, Qərb dövlətləri, xüsusən ABŞ dövləti bu seçkilərin nəticələrinin tanınmasını Bakıdan mühüm imtiyazların alınması ilə şərtləndirmişdi.
Buşun məktubunun 3-cü hissəsi də zahirdə ABŞ-ın
Ş.İ Respublikasında demokratik orqanların möhkəmləndirilməsini dəstəkləməsinə həsr olunub. Bu məsələ əslində Ş.İ Respublikasında Qərb və amerikan mədəniyyəti və maraqlarının xidmətindədir. Görünür ABŞ Ş.İ Respublikasında və dünyanın heç bir digər yerində əsl demokratiyanı himayə etmir. Ş.İ Respublikasında ən ibtidai demokratik prinsiplərə belə riayət edilməmiş son prezident seçkilərinin Amerika tərəfindən dəstəklənməsi də belə bir reallığı göstərir ki, ABŞ zahirdə Ş.İ Respublikasında demokratiyanı dəstəkləyir. Ş.İ Respublikasında ABŞ və Qərbin dəstəkləri ilə demokratiya çətiri altında yaradılmış təşkilat və orqanların hamısı Ş.İ
Respublikası xalqının islami və milli mədəniyyəti və siyasəti ilə təzaddadır və bu Respublikada tele-verilişlərin yaradılması, jurnalistika, siyasət və mədəniyyəti pozğunluğa çəkməkdən başqa bir nəticə verməyib.
Bu gerçəkliklərə əsasən, Corc Buşun İlham Əliyevə ünvanlanmış təbrik müraciəti və ona ən yaxşı arzular diləməsi  
Ş.İ Respublikası üçün keçmişdəkindən daha faciəli siyasi və mədəni müsibətlərdən başqa heç bir məna kəsb etmir.

 

 Misir Mərdanovun tələbə yoldaşı məktəbi sökür

Nəsimi rayonu 19 saylı orta məktəbin direktoru Məmməd Qəmbərov «remont pulları»ndan başqa, sənədlərə də rüşvətlə imza atır

Bütün ölkə əhli bilir ki, bəzi orta məktəblər əməlli-başlı korrupsiya yuvasıdır. Ilk dərs günü başlayan kimi sinif rəhbərləri şagirdlərdən pul yığmağa başlayır. Tədris ili ərzində şagirdlərdən müxtəlif adlarla yığılan pullar dolayısıyla direktorun cibinə gedir. Direktorlar isə pedoqoji kollektivin qarşısında özlərinə bəraət qazandırmaq üçün and-aman edirlər ki, rüşvəti tək yemirlər. Amma bəzi orta məktəblərdə rüşvət kampaniyası pik nöqtəyə çatıb. Bir az loru dillə desək ağını çıxarıblar. Nəsimi rayonunda yerləşən 19 saylı orta məktəbin direktoru Məmməd Qəmbərovun tükürpədən əməllərini dəfələrlə yazmışıq. Amma ortada heç bir nəticə yoxdur. M.Qəmbərov bu yazılanlardan xəbərdardır. O, bütün bunlara əhəmiyyətsiz yanaşır. Çünki söz düşəndə deyir ki, Misir Mərdanovun tələbə yoldaşıdır. Necə deyərlər, arxasını dağa söykəyib. Dünən redaksiyamıza telefon açan valideyn Məmməd Qəmbərovun şagirdləri dəridən-qabıqdan çıxardığını dedi. O, ilk dərs günü başlayandan bəri 2-ci sinifdə oxuyan oğlundan 200 manata qədər rüşvət alındığını bildirdi. Qeyd edək ki, 19 saylı məktəbdə aşağı sinif şagirdlərini məcburi şəkildə əlavə hazırlığa saxlayırlar ki, bunun da müqabilində hər valideyndən ayda 10 manat pul alırlar. Bundan başqa azyaşlı şagirdləri maraq dərsinə saxlayırlar. Bundan ötrü isə valideynlərdən hər şagirdə 5 manat alırlar. Ən gülməlisi isə odur ki, 19 saylı məktəbin direktoru Məmməd Qəmbərov sentyabrın 15-dən bəri dəfələrlə şagirdlərdən və sinif rəhbərlərindən “remont” pulu yığsa da, ortada heç bir “remont”-zad gözə çarpmır. Hətta bu məktəbin ayaqyolusunun qapısı da yoxdur. Qızlar üçün nəzərdə tutulan və xoşbəxtlikdən qapısı olan ayaqyoluya isə üst mərtəbədə yerləşən oğlan tualetindən sidik axır. Bizə üz tutan valideyn, Məmməd Qəmbərovun məktəbin qapı-pəncərəsini satdığını bildirdi. Sən demə, məktəb direktoru yığdığı pullarla məktəbi təmir etmək əvəzinə bir yandan da söküb-talayır. Bütün bunlara kimsənin reaksiya verməsindən qorxmayan direktor dünən bütün məktəbdə 70-ə yaxın sinif rəhbərini yanına çağıraraq 50 manatdan üzü yuxarı artan məbləğdə yenidən “remont” pulu yığıb. Indi gəlin hesablayaq, 70-ə yaxın sinifdən yığılan məbləği. Amma 19 saylı orta məktəbin direktoru, özünün dediyinə görə, Misir Mərdanovun tələbə yoldaşı Məmməd Qəmbərovun şəxsi büdcəsinə gələn gəlirləri hesablamayaq. Axı bu ən azından etika qaydalarına ziddir. Deyilənlərə görə, Məmməd Qəmbərov çox “nəzakətlidir”. Onun şagirdlərini və müəllimlərini tez-tez ən müasir söyüşlərlə biabır etdiyini deyən iş yoldaşları hətta bəzi müəllimələrin buna dözməyərək göz yaşı tökdüyünü də vurğulayır. Amma bütün bunların Məmməd Qəmbərova dəxli yoxdur. Axı o, Misir Mərdanovun tələbə yoldaşıdır. Özü də and içir ki, aldığını tək yemir, tələbə yoldaşı ilə dədə malı kimi yarı bölür. Sonda qeyd edək ki, dünən 19 saylı orta məktəbin direktoru Məmməd Qəmbərov əməkhaqqı cədvəllərinə qol çəkmək üçün hər sinif rəhbərindən 20 manat rüşvət alıb.

 

Yanıq qoxusu

Rövşən Hacıbəyli

 

 

Narahatlıq vardı. Kimsə bunu dana bilməz. Özü də təkcə yüksək post tutanlar deyil, xalqın sabahı üçün narahat olan sadə vətəndaşlar da həyəcan keçirirdi. Buna da son qoyuldu. Bir əzabdan da canımız qurtardı... Dünən parlament payız sessiyasının açılışını elədi. Yeri gəlmişkən, 2005-də formalaşan sonuncu parlamentimiz Ginnesin rekordlar kitabına real namizədlərdən sayıla bilər; iclaslarının dəqiq vaxtı bilinməyən parlament kimi. Bu parlamentin iclaslarının haçan başlayıb haçan qurtarması heç Oqtay müəllim Əsədova da bəlli deyil. Bu çağırış üçün fəsil fərqi yoxdur, onlar hər zaman iclaslara başlaya, eləcə də hər zaman onu yarımçıq kəsə bilərlər. Bu səbəbdən də parlamentə çıxarılan məsələləri, qanun layihələrini, dövlətlərarası müqavilələri ya müzakirəsiz qəbul edirlər, ya da eləcə xəbərsiz imzalayırlar. Inanmıram ki, hansısa ölkədə belə parlament olsun... Dünən, oktyabrın 28-də Azərbaycan parlamentinin payız sessiyası işə başladı. Bu sessiya tarixdə baş nazirin təsdiqləndiyi sessiya kimi qalacaq. Buna qətiyyən şübhə ola bilməz. Çünki payız sessiyasının iclasına toplaşan parlamentariləri (bu ad bizim deputatlara yaman yaraşır) spiker qəfildən xəbərdar edib ki, bəs prezident Artur Rəsizadəni yenidən baş nazir görmək istəyir. Prezident göndərən sənədə sorğu-sual olmadığı üçün spiker məsələni müzakirəsiz səsverməyə qoyub. Kimsə səsini çıxarmayıb; xəbər agentliklərinin yaydığı informasiyadan belə başa düşmək olar. Bax, bu məsələdə də biz Ginnesin rekordlar kitabına iddialıyıq. Ölkəyə baş naziri deputatlar (bu yerdə parlamentarilər sözünü işlətməyi günah sayıram, çünki bu sözü işlədəndə gözümün qarşısına əyilməz Qross gəlir) müzakirəsiz səsverməyə qoyur və demək olar yekdilliklə qəbul edirlər. Deputatlarımız heç olmasa gözə kül üfürmək üçün də müzakirə cəhdində bulunmayıb. Niyə? Bunun çeşidli səbəbləri var; birincisi odur ki, Artur müəllim 1996-cı ilin noyabrından bu ölkənin baş naziridir, ikincisi, deputatlar onu yaxşı tanıyır, işgüzarlığına bələddirlər, üçüncüsü, deputatların çoxu elə o vaxtdan deputatdır və baş nazirə veriləcək suallara onun cavabını yaxşı bilirlər. 73 yaşlı kişini artıq əziyyətə salmağı deputatlar etikadan kənar hərəkət sayırlar. Dördüncüsü... məncə, məsələnin müzakirəsiz səsverməyə çıxarılmasına elə bu səbəblər yetərlidir... Amma müzakirə aparılsaydı və gələcək planlarıyla bağlı baş nazirə suallar verilsəydi yaxşı olardı. Indi gərək baş nazirin ötən seçkisində etdiyi çıxışı axtaraq tapaq, görək 5 il qabaq Artur müəllim hansı vədləri verib, onlardan hansı yerinə yetirilib, hansı sona çatmaq mərhələsindədir. Inanmıram ki, yerinə yetirilməmiş, yaxud arxa plana atılmış məsələ olsun. Yoxsa deputatlar onun yenidən baş nazir olmasına razılıq verərdilərmi?.. Əslində məram birdir, prezidentin və baş nazirin əsas məqsədi ölkə iqtisadiyyatını inkişaf etdirmək (dünyada analoqu olmayan səviyyədə), yeni iş yerləri açmaq, xalqın xoşbəxt gələcəyini təmin etməkdir. Bəh, bəh... Bu yaxınlarda qəzetlər yazmışdı ki, kosmonavtlar kosmosdan kabab iyinə oxşar qoxu hiss ediblər. Buna qətiyyən şübhə yoxdur ki, kosmonavtların burnuna bu iy onlar Azərbaycanın üstündə olanda dəyib. Əvvəl prezident seçkisi, sonra da baş nazir... Görəsən, neçə milyonun yanan ciyərinin tüstüsü ərşə bülənd olub?!.

P.S. Parlamentin payız sessiyasının ilk iclasının qabaqcadan elan olunmuş gündəliyində baş nazirin seçilməsiylə bağlı heç bir məlumat yox idi. Görünür, bu, cari məsələlərdəndir.

 

 

 

Murad Köhnəqala

Qarabağ və hakimiyyət

Qarabağ probleminin çözülməsi haqda söhbətlərin yeni bir damğası üstümüzə gəlməkdədir. Hələ ki, səsləndirilən fikirlərin hər biri müəmmalara bükülü şəkildədir. Çox maraqlıdır ki, indiyə qədər dondurulmuş Qarabağ problemi Cənubi Osetiya və Abxaziya olaylarından sonra, sözdə də olsa, bir balaca isinməyə başlayıb. Yəni, Rusiyanın bölgəyə hücumundan sonra Qərbin Gürcüstan ərazisinin bütövlüyünə olan maraqları daxilində Qarabağ probleminə də yenidən baxış keçirdilər. Gizlin görüşlərin üzə çıxan təzahürlərindən biri də budur ki, Ilham Əliyev hər dəfə öz çıxışının bir küncünə “Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” kimi ifadələr əlavə edir. Çox gözəl fikirdir. Ancaq, görəsən, gizlin diplomatik danışıqlarda da bizimkilər öz sözlərinin üstündə beləcə qışqıraraq israr edirlərmi? Şəxsən məndə bu sual çoxlu şübhələr doğurur. Çünki diplomatik polemika və danışıqlardan sonra, əsasən problemin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən hər dəfə biri bəyan edir ki, tərəflər, özlərinin hətta xoşuna gəlməyən kompromisə getməlidir. Ermənistan üçün kompromisə getmək nə ola bilər? Nə olacaq? Əgər söhbət Azərbaycanın ərazi bütövlüyündən gedirsə, deməli, erməni silahlı qüvvələri bölgəni tərk eləməli, ətraf Qarabağın azərbaycanlı əhalisi öz yurduna qayıtmalı, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi də həmçinin öz yerlərinə qayıtmalıdır. Beləcə, əvvəlcə razılıq əldə olunmalı, quruculuq, minatəmizləmə işləri aparılmalı, sonra da əhali qayıtmalıdır. Sonra isə Dağlıq Qarabağın statusuna baxılmalıdır. Bizimkilərin xalqa demək istədiyi bunlardır. Bəs, ermənilər nə deyir? Ermənilər deyir ki, Dağlıq Qarabağ ermənilərin dədə-baba torpaqlarıdır, bu heç, “burası nağd bizimdir”. Ətraf Qarabağı isə qan töküb almışıq, bizim şəhidlər xiyabanı sizinkindən də böyükdür. Arxamızda da Rusiya dayanıb. Biz nə üçün sizə elə-belə torpaq qaytarmalıyıq? Yəni durum indiyə qədər belə olub. Indiki vəziyyətdə isə Qərb, Rusiya və Türkiyə problemi ölü vəziyyətdən tərpətmək istəyirlər. Aydındır ki, danışıqlarda kompromis söhbəti olanda hamı üzünü Azərbaycan tərəfə tutur. Qərbin və Rusiyanın fikrincə, böyük bir minnətlə, ermənilər ətraf rayonları boşaltmalı, Dağlıq Qarabağı (Laçın rayonunu pozub dəhliz eləmək şərti ilə) Ermənistana birləşdirməli. Üstəlik iqtisadi blokadadan qurtulmaq üçün Türkiyə-Ermənistan sərhədlərini açıb-tökməli və indən beləki enerji kəmərlərinin lahiyələrində Ermənistanın da iştirakını təmin eləməli. Üstəlik Dağlıq Qarabağın statusunu, Madrid prinsiplərini əsas tutaraq, Qarabağ ermənilərinin referendum keçirilməsilə təyin etməli. Çox maraqlıdır. Əgər, doğrudan da belə bir referendum keçirilərsə Qarabağ ermənilərinin sayı nə qədər olacaq? Kim qarantiya verə bilər ki, bu referenduma çoxluq yaratmaq üçün Ermənistan ermənilərini qatmayacaqlar? Ikincisi, referendumda nə üçün təkcə ermənilərin rəyi əsas tutulmalıdır? Bəs ümumi Qarabağdan didərgin salınmış azərbaycanlıların rəyi heç kimə gərək deyilmi? Üçüncüsü, nəzərdə tutulan referendumda Dağlıq Qarabağı Ermənistana birləşdirmək fikrindən başqa erməninin başqa hansı fikri ola bilər ki? Düşündürücü haldır, Minsk qrupunun həmsədr ölkələrinin hamısı üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həm də illərdir ki, danışıqlar aparılır. Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində tanınması nədir, danışıqların bu qədər uzanması nə? Demək, xristian icmaları mütləq Azərbaycandan nəyisə qoparıb əzabkeş erməni qardaşlarına hədiyyə eləməyə çalışırlar. Danışıqların uzanması səbəbi budur. Azərbaycan tərəfin zəifliyi və təyziqlərə duruş gətirə bilməməsi isə hakimiyyətin xalq tərəfindən yox, ondan kompromis tələb eləyən güclər tərəfindən tanınmasıdır. Hakimiyyətə zorla qondarılan gözükölgəli Əliyevlər iqtidarı Qərbin və Rusiyanın arasında sıxılı qalıb. Torpaqlarımızın və milyonlarla vətəndaşlarımızın müqəddəratı Əliyevlərin hakimiyyət təkəbbüründən asılı vəziyyətdədir. Saxta hakimiyyətin dözüm limiti tükənən kimi Qarabağ vaqiəsi azərbaycanlıların arzu eləmədiyi bir formada həll olunacaq. Həm də Rusiyanın icazəsi ilə Gürcüstanın ərazi bütövlüyünü tanıyan Ermənistana kömək eləmək və bölgənin simpatiyasını qazanmaq üçün Qərb son vaxtlar daha da iştahlanıb. Ilham Əliyevin Qarabağ problemini, beləcə, durduğu ölü nöqtəsində saxlamağa gücü çatsa, bu, böyük nailiyyət hesab olunmalıdır. Çünki korrupsiyaya bulaşmış hakimiyyətlərin güclü dövlətlər yanında heç bir hörməti yoxdur.

 

 

Fələstinli əsirlərə divan tutulur

Sionist İsrail rejiminin müharibə naziri İhud Barak 450 fələstinli

əsirin fərdi kameralara köçürüldüyünü bildirib.
Onun sözlərinə görə, artıq əsirlərdən bir qisminin fərdi kameralara köçürülməsi reallaşıb.
Barak sionist rejimin qeyri-insani hərəkətini əsaslandırmaq üçün iddia edib ki, fələstinli əsirlərə 2 il yarım bundan qabaq əsir götürülmüş Gilad Şalitin şəraitinə oxşar şərait yaradılacaq.
Xatırladaq ki, Şalit sionist rejim ordusunun Fələstin məntəqələrinə qarşı hücumu zamanı müqavimət qüvvələri tərəfindən həbs olunub.
Qəsbkar rejimin fələstinlilərə qarşı repressiv hərəkətləri elə bir şəraitdə şiddətləndirilir ki, Gilad Şalit fələstinli qrupların əlində olan yeganə sionist əsirdir. Ona görə də, onun həbsxanada tək qalması təbiidir. Digər tərəfdən Gilad Şalitin ailəsi məktub vasitəsi ilə onunla əlaqə saxlayır və hətta müxbirlərin etirafına görə, o sionist rejim ordusunun bir üzvü kimi Fələstin məntəqələrinə qarşı hücum halında əsir düşsə də, əlverişli şəraitdə saxlanılır və fələstinlilərin Şalitə münasibəti normaldır.
Ona görə də, sionist rejimin fələstinli əsirlər əleyhinə zorakılıq işlətmək üçün bəhanə axtarması yalnız gülünc bir hərəkətdir. Maraqlıdır ki, sionist rejim həbsxanalarında saxlanılan 12 min fələstinli əsir dəhşətli işgəncələrə

 

və zindan şəraitinə görə ciddi təhlükə ilə üz-üzədir. Fələstinliləri əsir götürmək həmişə sionist rejimin istifadə etdiyi metodlardan biridir. Bu üsulla yüz minlərlə fələstinli hələ də həbslərdə qalır. Fələstinli əsirlər üzləşdikləri işgəncələr nəticəsində şəhid və ya həmişəlik şikəst olurlar. Bu da beynəlxalq ictimaiyyəti olduqca nigaran edir. Bununla belə sionist rejim hələ də qərb dövlətləri tərəfindən dəstəklənir və onlara arxalanaraq, öz cinayətlərini davam etdirir. Qərb dövlətlərinin irqçi İsrail rejimini dəstəkləmələri və fələstinli əsirlərin vəziyyətinə dair məsələnin müzakirəsinə mane olmaları hətta Avropa ictimaiyyəti və təşkilatlarının da etirazına səbəb olub. Misal üçün Avropa Parlamenti bu yaxınlarda sionist rejimə müraciət edərək, fələstinli əsirlərin azadlığını tələb etdi və bu rejimin fələstinli əsirlərə qarşı qəddarlığını pislədi.
Müşahidəçilərin fikrincə, fələstinli əsirlərin dəhşətli şəraitdə saxlanılmaları, məzlum Fələstin xalqına qarşı repressiyaların şiddətlənməsinin əlamətidir. Belə bir şəraitdə dünya ictimaiyyəti sionist rejimin fələstinlilər əleyhinə yeni bir faciə törətməsinə mane olmalıdır.

 

 İslamla mübarizə qərbdə teoriya

 

 edilmiş bir ideyadır

İranın Xarici İşlər Naziri deyib ki, islamla mübarizə qərbdə teoriya edilmiş bir ideyadır.
Qazaxıstanın paytaxtı Astana şəhərində "Müştərək dünya və müxtəliflilik yolu ilə inşkişaf" adı altında keçirilən islami və qərb ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında çıxış edən Mənuçehr Müttəki ikiqütblü sisteminin dağılmasından sonra islamla mübarizənin formalarının tarixi gedişinə toxunaraq artırıb: Liberal-demokratiya çalışır ki, islamla mübarizə nəzəriyyəsi qərbdə qoyulmuş bir ideyaya çevrilsin və bununla dünyanın ümumi fikrində təlqin etsin ki, islam qərbin düşmənidir.
İİR xarici işlər nazirinin çıxışını açıqlayarkən demək lazımdır ki, soyuq müharibə dövründə qərbin liberal-demokratiya quruluşlarında kommunizm bir düşmən kimi yad olunurdu. Kommunizmin dağılması və ikiqütblü bir sistemin aradan götürülməsi ilə qərb dövlətlərinin bəhanə axtarma vasitələri aradan qaldırıldı. Belə bir şəraitdə İran xarici işlər nazirinin dediyi kimi, qərbin liberal-demokratiya sistemi geniş psixoloji müharibə salıb, qarşıdurma nəzəriyyələri təqdim edərək çalışır ki, islamı qərbin düşməni kimi yad etsin. Tanınmış amerikan nəzəriyyəçi Samuel Hantinqton tərəfindən təqdim olunan sivilizasiyaların qarşıdurması nəzəriyyəsi, qərblilərin islamı qərbin düşməni kimi təqdim olunmasına dair hədəfləri istiqamətində olub.
Hantinqton öz nəzəriyyələrində islam və qərb sivilizasiyalarının yekun qarşıdurmasından söz açıb.
Qərbli dövlət başçıları da islamı qərbin düşməni kimi təqdim etmək üçün bütün vasitələrdən istifadə ediblər. Qərb dövlətləri dünyanın müxtəlif nöqtələrində bu cür təxribatçılıq və terror hərəkətlərini müsəlmanlara bağlayıb və Yaxın Şərq terrorizm və ifratçılığın inkişaf ocağı kimi yad edilib. ABŞ başda olmaqla qərb dövlətləri islami qrupları terror qrupları kimi təqdim etməklə çalışıblar ki, dünyanın müxtəlif nöqtələrindəki müdaxilə mahiyyətli öz siyasətlərini terrorizmlə mübarizə bəhanəsi ilə əsaslandırsınlar.
Bu hədəfin reallaşması istiqamətində nəinki siyasət, həmdə incəsənətdən istifadə olundu. Terrorçu və kobudluq sevən şəxslər kimi xatırlanan filmlərin çəkilməsi, anti-islam kitab və məqalələrin nəşri və müsəlmanların müqəddəslərinə hörmətsizlik üçün karikatura vasitələrindən istifadə, qərb dövlətlərinin islamı qərbin düşməni kimi təqdim etmək üzrə səylərindən olub. ABŞ və onun müttəfiqləri terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstan və İraqa hücum etdilər. Ancaq yayılan sənədlər, Amerika ilə İngiltərənin Əfqanıstanda tanınmış və qiyamçı terroristləri dəstəkləmələrindən xəbər verir. Müsəlmanlar əleyhinə geniş təbliğatlar, Avropa və ABŞ da müsəlmanlara qarşı bir növ ifratçı və kobudluqpərəst təbliğatların yaranmasına səbəb olub.
Belə ki, qərbdəki müsəlmanlar müxtəlif kobudluq və ayrı-seçkiliklərə məruz qalırlar.
Bu reallıqlara əsasən, İranın xarici işlər naziri deyibdir ki, qərb dövlətləri öz siyasətlərinin zərərləri haqqında real fikirlərə ehtiyaclıdırlar. Lakin dünya problemlərinin həlli, beynəlxalq həll yolları da tələb edir.
Başqa sözlə, beynəlxalq iştirak və həmrəylik yolu ilə islam və müsəlmanlar barədə qərbdə yaradılmış anlaşılmazlıqlar daxil olmaqla dünya problemlərini həll etmək olar.

Sionist Rejimin anti-İran hərəkətləri

Sionist Rejimin istefa vermiş baş naziri bazar ertəsi Moskvaya işgüzar səfərə gəlib.
Olmert dünən gecə Rusiyanın xarici işlər naziri Sergey Lavrofla görüşüb və bu gün də qərar üzrə Rusiya prezidenti Dimitri Medvedyevlə görüşməlidir. Sionist mənbələr xatırladıblar ki, Bu rejim üçün Moskva ilə əlaqələr böyük əhəmiyyətə malikdir və onlar bu qənaətdədirlər ki, həmin əlaqələr Moskva ilə Vaşinqton arasındakı əlaqələrin son zamanlar kəskinləşməsinə görə, pozulmamalıdır. Bununla belə Olmertin Moskvaya səfərinin məqsədlərindən biri , Rusiya rəsmilərini İranla həmkarlıqları davam etdirmək fikrindən daşındırmaqdır.
Olmertin baş nazir vəzifəsindən istefa verməsi və siyasət aləmindən çıxmasına rəğmən o bu səfəri zəruri adlandırıb ki, öz zənninə görə Rusiya rəsmilərini İranla həmkarlıqları davam etdirmək fikrindən daşındırsın.
Sionist Rejim Yaxın Şərqdə atom silahına malik yeganə tərəfdir və bundan nigarandır ki, Qərbin İrana qarşı qalma -qallarının başa çatacağı halda bu rejim regiondakı nüvə təhdidlərinə görə cavabdeh olmalıdır. Bu üzdən İsrail başçıları böhran yaratmaqla İranın Rusiya və Çinlə əlaqələrini pozmaq ardıcadırlar.
Bu hərəkətlər qarşısındakı düşündürücü məsələ özlərini NPT-nin himayəçiləri kimi göstərən Qərb ölkələri xüsusən ABŞ-ın susmalarıdır. Halbuki nüvə silahlarına malik olan ölkələr, O cümlədən Amerika , İngiltərə və Fransa ardıcıl olaraq İsraillə nüvə maddələri və texnologiyalar köçürməklə NPT müahidəsinin birinci maddəsinə əsasən öz öhdəlilərini pozublar. NPT-yə qoşulmamış İsrail BMT TŞ-nın 1981-ci il 487 saylı qətnaməsinə uyğun olaraq özünün bütün nüvə təsisatlarını MAQATE-nin tam təftişləri altına keçirməli idi.
Hal-hazırda qonşu və digər ölkələrin təhlükəsizliyi üçün ciddi və daimi təhdid sayılan İsrailin nüvə qüdrəti barədə böyün nigaranlıqlar mövcuddur, ancaq bu rejim öz nüvə cəbbəxanasını genişləndirməklə məşğuldur . Bu sahədə 2006-cı il dekabrın 11-də həmin rejimin baş nazirinin İsrailin nüvə silahlarına malik olması vacibliyi ilə əlaqədar bəyanatı düşündürücüdür. Zira bu baxış məntəqənin təhlükəsizliyi üçün ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Belə bir keçmişlə Sionist Rejimin İİR-nin dinc nüvə fəaliyyətlərini bir təhdid kimi göstərməyə can atması, siyasi aldatmadan başqa bir şey deyil, hərçənd bu siyasət İranın Rusiya və Çinlə əlaqələrində təsirsizdir

 

İranın Bakıdakı səfirliyi Sionist Rejim səfirinin sözlərin pisləyib

İranın Bakıdakı səfiri Sionist Rejimin Az. R-dakı səfirliyinin son anti-İran sözlərini pisləyib. İİR-nin Bakıdakı səfirliyi cümə axşamı gecə yayılan bir bəyanatda bildirib ki, faşizm və sionizm vahid mahiyyətə malikdir və Sionist Rejim qeyd edilən iki təfəkkürün nəticəsidir. Qeyd edilən bəyanatda məzlum Fələstin xalqının qırğın edilməsi Məscid əl-Əqsanın dağıdılması Qəzzə zolağında fələstinlilərin mühasirəyə məruz edilməsi və Fələstin xalqının sərbəst seçkilərində seçilmiş Həmas Hərəkatı rəhbərlərini hədələmək və mütəşəkkil terrorlara məruz qoymaqsa, Sionist Rejimin terrorçu olması üzrə ən açıq dəlillər kimi bildirilib.
İranın Bakıdakı səfirliyi həmçinin beynəlxalq təşkilatlarda İranın nüvə fəaliyyətlərinin sülhsevər olmasının sübut olmasına təkid edərək əlavə edib: Sionist Rejim də nüvə cəbbəxanalarının mövcud olması dünya xalqına heç bir tərəddüd qoymayıbdır ki, qeyd edilən rejim beynəlxalq sülh və sabitlik və təhlükəsizlik üçün aşkar bir hədədir.
Sionist Rejimin Bakıdakı səfiri Artur Ləng İİR-in prezidenti Mahmud Əhmədinejadın BMT-nin baş assambleyasında iştirak etməsi zaman Bakının 525-ci qəzetində bir məqalə dərc edərək Əhmədinejadın BMT-nin iclasındakı sözlərini tənqid etdi və onun sözlərini nasist Almaniyanın nasist rejimi başçılarının sözlərini xatırladan sözlər kimi şərh etdi.
Bakının 525-ci qəzeti İİR. səfirliyinin qeyd edilən məqaləyə cavabını bu gün cümə günü çap edibdir ki, bəyanatın tamamı xəbərin davamında siz əziz oxuculara təqdim olunur.


Allahin adı ilə!


Faşist-sinost rejiminin nümayəndəsinə cavab!

Gözlənildiyi kimi, İran İslam Respublikası Prezidenti Mahmud Əhmədinejadın BMT-nin Baş Assambleyasındakı çıxışı, sionist rejimi başçılarının nigaranlığına və əsəbləşməsinə səbəb oldu. Bu çıxışdan sonra qəsbkar sionist rejimi başçıları təlaşa düşdülər ki, qübarlı media atmosferi yaratmaqla, töhmət vurmaqla və onun sözlərini təhrif etməklə, qlobal problemlərin həll edilməsi barədə İran İslam Respublikasının mesajı və baxışlarının dünya xalqlarına çatmasının qarşısını alsınlar. Sionist rejiminin Azərbaycan( Şimali İran ) Respublikasındakı nümayəndəsi də məqalə yazmaq və müsahibə verməklə, İran İslam Respublikası Prezidentinin çıxışının Azərbaycanın müsəlman xalqının ictimai rəyində sionist rejiminin heysiyyətinə vurduğu sarsıdıcı zərbələrin təsirini azaltmağa çalışır. O, təhqiredici, eləcə də diplomatik normalardan və layəqtdən uzaq və əlbəttə sionist rejimi başçılarının özlərinin ləyaqətinə uyğun ifadələr qeyd olunan məqaləsində, səy göstərmişdir ki, sionsit rejiminin qeyri faşist, həddən artıq nəcib, sülsevər, nüvə silahlarına müxalif bir rejim kimi, İran İslam Respublikasını isə yalnız bu rejimə deyil, bəlkə bütün bəşər sivilizasiyaları üçün böyük bir təhlükə kimi göstərsin!!! Bu kimi reaksiyanın özü dünya sionizminin rəhbərləri və banilərinin protokollarının sionist rejimi başçıları tərəfindən rəhbər tutulmasının aydın nümunəsidir. Bu başqa sözlə desək, özünü etikalı, insansevər və sülhsevər kimi qələmə verməklə yanaşı, əməldə insani əxlaq və normalara qəti şəkildə etinasızlıq etmək deməkdir.
Sionist rejiminin nümayəndəsi özünün təhqiramiz məqaləsində, qlobal sistemi devirməyə çağırış üçün İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejadı tənqid etmişdir. İran İslam Respublikasının Prezidenti, BMT-nin Baş Assambleyasındakı çıxışnda artmaqda olan qlobal böhran və problemlərin, o cümlədən yoxsulluq, zoraklıq, işğal və müharibələrin yayılması, hegemon güclər tərəfindən xalqların terror aktlarına və hədələrə məruz qalmasının əsas kökünün, Allaha və onun peyğəmbərlərinin təlimləri, insan və dünyanın məqsədliliyi, mənəviyyat, əxlaq, ədalət, Allahın xəlifəsi olaraq insana və onun müqəddəsliyi və kəramətinə etinaszlıqda olduğunu vurğulamış və indiki qlobal sistemi qlobal problemlərin həll edilməsi və önlənməsi məsələsində yararsız saymışdır. O, indiki vəziyyətdən çıxış yolu, peyğəmbərlərin təlimlərinə qayıdışda və qlobal sistemdə dəyişikliklər edilməsində görmüşdür. Məgər indiki qlobal sistemin yararsız olduğunun qəsbkar sionist rejiminin nümayəndəsi tərəfindən inkar edilməsi, aydınlıqları inkar etmək deyildirmi? Məgər qlobal sistemin dəyişdirilməsi, ikinci dünya müharibəsində qələbə çalan barmaqla sayılası ölkələrin qeyri-leqal imtiyazlarının ləğvi, ədalət, bərabərlik, bütün xalqların bərabər hüquqlarına əsaslanan sistemin bərqərar olması, peyğəmbərlərin təlimlərinə qayıdışa çağırış, bəşər sivilizasiyalarını ölümlə hədələməkdir, yoxsa bəşər sivilizasiyalarına və qlobal sistemə pak həyat ruhu üfürmək? Əlbəttə ki, bu kimi dəvət qəsbkar sionist rejimi üçün əsas təhlükədir. Lakin nüvə silahlarından, hegemonluqdan, təcavüz və işğaldan uzaq olan, eləcə də ədalətə, bütün dövlətlərin bərabər hüquqlarına, bütün xalqların və insanların izzət, kəramət, mənəvi və zehni azadlığına əsaslanan bir dünya arzusunda olan dünyanın əksər ölkələri və xalqlarının isə amal və arzularını bəyan edir.
Sionist rejiminin nümayəndəsi öz məqaləsindən belə çıxır ki, guya hər kəs sionizmə qarşıdırsa, faşizmi qəbul etməlidir. Lakin, məgər faşizm və sionizm biri-birinə qarşıdırlarmı?
Sionizmlə faşizm məhiyyət etibatrı ilə biri-birinə taydır, sionist rejimi isə, faşızm ilə sionizmin cütləşməsinin qeyri-qanuni törəməsidir və təcavüz, işğalçılıq, habelə dövlət səviyyəsində mütəşəkkil terrorçuluq xislətini də elə bunlardan almışdır.
İran İslam Respublikasının rəhbərləri dəfələrlə bildirmişlər ki, yəhudi dini ilə sionizm tamamilə başqa-başqa məfhumlardır. Sionizm ilə faşızmin biri-birinə tay olduğu qədər, yəhudi dini ilə sionizm də bir o qədər biri-birindən fərqilidirlər. Müxtəlif dinlərin ardıcılları o cümlədən, yəhudilər İran İslam Respublikası və Azərbaycan Respublikası, eləcə də bütün müsəlman ölkələrində hər zaman əmin-amanlıq şəraitində yaşamışlar. Lakin, sionist rejiminin nümayəndəsinin iddiasına rəğmən, o torpaqların köçmən, qeyri-əsil və çağrılmamış sakinləri birinci dərəcəli insanlar, müsəlmanlar və ərəblər isə ikinci dərəcəli məxluqlar sayılırlar. Müsəlmanların ilk qibləgahı olan "Əl-Əqsa" məscidi dağılıb məhv olma təhlükəsilə üz-üzədir. Qəzzə zolağında "HƏMAS"ın xalq hakimiyyətinin qurulması ilə nəticələnən demokratik seçkilərdən sonra, xalq cəzalandırılır, blokada və təhrimə məruz qalır. "HƏMAS"ın rəhbərləri mütəşəkkil və əvvəldən elan edilmiş terrorların hədəfinə çevrilirlər və fələstinli kişi, qadın və gənçlər isə öz şərəf, din və seçdikləri dövlətin müdafiəsi naminə daş, ağac, eləcə də aldəqayırma silahlarla müqavimət göstərdikdə, terroçuluqda ittiham olunaraq, ev-eşikləri və varlıqları qəddarcasına təyyarə, raket və tanklarla hədəfə alınır. Görəsən belə bir rejim ev-eşiyindən didərgin düşmüş azərbaycanlı müsəlman kişi və qadınların çəkdiyi əziyyəti azacıqda olsa hiss edə bilərmi?!
İşğalçı İsrail rejimi ilə ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan dövləti arasında oxşarlığı barədə iddianın, aldatma və riyakarlıqdan başqa mənası ola bilərmi əcəba? Sionist rejiminin dırnaqarası səfiri tərəfindən belə bir iddianın irəli sürülməsi, gülünc olmaqla yanaşı, onların təfriqəçilik niyyət və məqsədlərinin göstəricisidir. Lakin, əgər sionist rejiminin nümayəndəsi İran və Azərbaycan xalqlarının eyni dini, tarixi, mədəniyyəti və adət-ənənəni bölüşdüklərini unutmasaydı, onların arasında təfriqə salmaq üçün Azərbaycanı at oynatma meydanına çevirməz və vaxtını hədər etməzdi. Sionist rejimin demokratik olması barədə iddia isə həqiqətən gülünc bir iddiadır. İran İsalm Respublikası dəfələrlə, o cümlədən BMT-nin Baş Assamleyasının son iclasında, Fələstin xalqının məzlumcasına müqavimətinə tam sayqı ilə yanşdığını və onu dəstəklədiyini vurğulamaqla yanaşı, Fələstinin hər bir yerində yeni hökumətin seçilməsi və qurulması məqsədilə referendum keçirilməsi məsələni, humanist həlli yolu kimi təklif etmişdir. Amma görəsən, sionist rejimi görəsən nə üçün referenduma dair İranın təklifini qəbul etmir? Bu sualın cavabı aydındır: çunki, demokratiya və Fələstinin əsil sahibini və onun öz müqəddəratını təyin etmək hüququnu tanısa, özünün məhvinə səs vermiş olacaqdır.
İranın nüvə silahı əldə etmək ardınca olmasına dair iddialar artıq öz əhəmiyyətini itirmişdir. Agentliyin Baş Katibinin bütün hesabatlarında vurğulamışdır ki, İran İslam Respublikasının nüvə fəaliyyətlərində qeyri-sülh məqsədlərinə yönələn hər hansı bir sapma əlaməti müşahidə olunmamışdır. Və bu barədə bir neçə Qərb dövlətləri tərəfindən irəli sürülən iddialar, sənədsiz və tamamilə etibarsızdır. Bir çox dünya ölkələri, o cümlədən İslam Konfransı Təşkilatının bütün üzvləri, eləcə də Qoşulmayan Hərəkatına üzv 120-yə yaxın ölkə, bütün dincməqsədli aspektlərdə İran İslam Respublikasının nüvə biliklərinə və texnologiyasına malik olma hüququnu dəstəkləmişlər. Dünya xalqları üçün artıq şübhə yeri qalmamışdır ki, İranın nüvə sahəsində inkişaf etməsinə müxalif olan bir neçə ölkənin məqsədi, nüvə bilikləri və texnologiyalarının öz inhisarlarında saxlamaqdan, eləcə də digər xalqları qanuni hüquqlarından və nüvə texnologiyasının müxtəlif sahələrdə fayda və üstünlüklərindən məhrum etməkdən ibarətdir. İran İslam Respublikasının Milli Təhlükəsizlik doktrinasında nüvə silahına yer yoxdur. Nüvə silahı, peyğəmbərlərin təlimləri, sülh, ədalət və bərabərliyə yönələn çağrışları sivilizasiyalar üçün təhlükə sayan qəsbkar sionist rejimi kimi rejimə lazımdır. Sionist rejimi İslam dünyasının bədənində xərçəng vəzisi, Orta Şərq və dünya üçün isə ən böyük hədədir. İranın xalqı, onun möhtəşəm mədəniyyət və sivilizasiyası üçün belə bir iftixar kifayətdir ki, BMT-nin binasının qapısı Sədi Şirazinin insansevər şerlərilə bəzədilmişdir. Və əfsuslar olsun ki, anti-bəşər və qəsbkar sionist rejiminin BMT də üzvülüyü, bu təşkilata rüsvayçı bir ləkədir.

İran İslam Cumhuriyyətinin
Azərbaycan Respublikasındakı Səfirliyinin
mətbuat xidməti

“Insan alverinə qarşı mübarizə səviyyəsiz aparılır”

Mətanət Əzizova: «Buna qarşı mübarizə aparmalı olan qurumlar bu məsələnin mahiyyətindən hələ də xəbərsizdirlər»

“Azərbaycanda insan alverinə qarşı mübarizədə problem traffikinqin özündə yox, ona qarşı aparılan mübarizənin səviyyəsinin aşağı olmasındadır”. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu sözləri “Turan”ın müxbirilə söhbətində söyləyib. Insan alverinə qarşı ölkədə neçə illərdir mübarizə getdiyini deyən M.Əzizova buna qarşı mübarizə aparmalı olan qurumların bu məsələnin mahiyyətindən hələ də xəbərsiz olduqlarını deyib. Bu sahədə təhqiqat apardıqlarını bildirən M.Əzizova Səhiyyə, Təhsil Nazirliklərinin, sərhəd xidmətinin nəyin insan alveri olub-olmadığını müəyyən etməkdə səriştəsiz olduqlarını söyləyib. Bu sahədə ölkədə 30-dan çox QHT-nin fəaliyyət göstərdiyini deyən M.Əzizova bu QHT-ləri də kəskin tənqid edərək, tədqiqat sahəsində onlardan yalnız 2-3-nün işin mahiyyətini bildiklərini vurğulayıb. Onun fikrincə, bu sahədə yalnız Daxili Işlər və Milli Təhlükəsizlik Nazirliklərinin insan alverinə qarşı mübarizə departamentləri müəyyən bilgilərə malikdir. O, məhz işin mahiyyətini bilmədiklərinə görə insan alverinin qurbanları olanların dövlət qurumlarına yox, məhz QHT-lərə müraciət etdiklərini söyləyib. Ölkədə uşaq alverinin çox cüzi olduğunu deyən M.Əzizova bu sahədə qadınların cinsi istismara və kişilərin köləliyə məruz qoyuluması kimi halların üstünlük təşkil etdiyini bildirib. Eyni zamanda, M.Əzizova burada bir məsələni dəqiqləşdirməyin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, çox zaman hüquq-mühafizə qurumlarının adi fahişəliyi və fahişəxananı aşkar etmələrini insan avlerinə qarşı mübarizə kimi qələmə vermələri doğru deyil: “Daxildə hansısa şəxslərin əxlaqsızlıq evində tutulması sadəcə şəxsin fahişəliyidir və burada seçim şəxsin özündədir, insan alveri məsələsində isə seçim yoxdur, insan bütün hüquqlarından məhrum edilərək, istəmədiyi işə məcbur edilir", - deyə M.Əzizova qeyd edib. Onun sözlərinə görə, keçən il cəmi 7 insan alveri faktı müəyyən edilib, qalan aşkarlanan faktlar isə birbaşa könüllü fahişəliyiə aid olan faktlardır. Ailə zorakılığı, boşanmalar çox zaman qadınları insan alverinin qurbanına döndərir.

Fərhad Əliyev vəkillə görüşdə qala bilməyib

 

Onun səhhətinin ağırlığı görüşü yarımçıq kəsib

Isaxan Aşurov: «Sifətində şişkinlik, gözlərinin altında qaralma müşahidə etdim. Hərəkət etməyə çətinlik çəkirdi»

Dünən vəkil Isaxan Aşurov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüb. Görüş barədə “Media forum”a məlumat verən vəkilin bildirdiyinə görə, keçmiş nazir söhbətə həvəs göstərməyib: “Görüş cəmi dörd-beş dəqiqə çəkdi. O, görüş otağında oturub söhbəti davam etdirə bilmədi. Sifətində şişkinlik, gözlərinin altında qaralma müşahidə etdim. Hərəkət etməyə çətinlik çəkirdi. Görüşü yarımçıq dayandırmağa məcbur oldum”. I.Aşurov F.Əliyevin infarkt keçirməsi haqda dünənki qəzetlərdə gedən xəbərlərə münasibət bildirərkən deyib: “Qəzetlərin bu xəbəri haradan götürdüyünü bilmirəm. Bu gün Fərhad Əliyevin üz-gözündə gördüyüm əlamətlərin infarkt əlaməti olub-olmadığını da deyə bilmərəm. Bir məsələ aydındır ki, Fərhad Əliyev xəstədir, özünün istədiyi həkim tərəfindən müayinəsi aparılmayıb. Buna icazə verilməyib, başqa həkimlər müayinə etdikdə isə bizim xahişlərimizə baxmayaraq tibbi sənədlərin surətləri təqdim olunmayıb”. Vəkil keçmiş nazirin cəzaçəkmə müəssisəsinin sanitar hissəsində olduğunu, ona dərmanlar verildiyini də vurğulayıb: “Yaxşı olardı ki, Fərhad Əliyev mülki şəfa ocağına yerləşdirilsin və onun ətraflı müayinə-müalicəsi aparılsın”. I.Aşurov bu istiqamətdə fəaliyyət göstərəcəyini, bu vaxta qədər aparılan müayinələr zamanı hazırlanan tibbi sənədlərin surətlərini əldə etmək üçün lazımi orqanlara müraciət edəcəyini, F.Əliyevin vəziyyətinin pisləşməsinin nə ilə bağlı olması barədə sorğu ilə çıxış edəcəyini deyib: “Fərhad müəllimin özünün elə bir istəyi olmadı. O, sabah görüşməmək üçün xahiş etdi. Yəqin ki, bu, görüşə gəlməkdə çətinlik çəkməsiylə əlaqədardır. Amma oktyabrın 30-da onunla əlaqə saxlayacam və cəzaçəkmə müəssisəsinə bir daha baş çəkəcəm”. Vəkil F.Əliyevin Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsiylə bağlı Penitensiar Xidmətə müraciət edəcəyini də vurğulayıb. I.Aşurovun sözlərinə görə, F.Əliyev həbsxanada ingilis dilini təkmilləşdirməklə məşğuldur. Vəkil əlavə edib ki, mətbuatda onun ərəb dilinin öyrənmək haqqında yazdığı xəbərlərin heç bir əsası yoxdur.

Hacı Məmmədov rəisini “satdı”

 

Banda başçısı Abşeronun sabiq polis rəisi Məmmədəli Əliyevin törətdiyi qətllə bağlı ifadə verib

Qanqster başqa cinayətlər haqda da danışacaq

Milli Təhlükəsizlik Nazirliyi qəsdən adam öldürmə, adam oğurluğu, habelə digər tamah-zorakı yönlü ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayət əməlinin üstünün açılması barədə məlumat yayıb (APA). Məlumata görə, dəstənin başçısı Hacı Məmmədov və üzvləri ifşa olunaraq, ədalət mühakiməsinə verilərək, məhkəmənin hökmü ilə həmin şəxslərin bir hissəsi ömürlük, digərləri isə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Lakin bandanın hüquqa zidd əməlləri ilə bağlı ibtidai istintaq dövründə bəzi epizodlar üzrə cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Həmin istintaq hərəkətləri nəticəsində daha bir cinayətin üstü açılıb. Belə ki, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi “QAZ-2410" markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib. Iş üzrə hadisə yerinin və meyitin xarici müayinəsi keçirilib, şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-fiziki-texniki ekspertizalar təyin olunub rəylər alınıb, digər istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Ekspertiza rəylərinə əsasən, Cavanşir Piriyevin “AK-74" markalı avtomat silahdan açılan atəşlə öldürüldüyü müəyyən edilib. Eyni zamanda, məlum olub ki, C.Piriyev itkin düşəndən sonra evinə naməlum şəxslər tərəfindən telefon zəngləri edilərək, onun qaytarılması üçün qohumlarından hədə-qorxu ilə külli miqdarda pul tələb olunub, lakin yaxınları tələb edilən pulu verməkdən imtina ediblər. Bununla belə, zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən, yəni Cavanşir Piriyevi öldürən şəxslər müəyyən edilmədiyinə görə, 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb. Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib. Sadalanan hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat yenilənib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün MTN-in Istintaq Baş Idarəsinə göndərilib. Istintaq müəyyənləşdirib ki, C.Piriyevi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə, 1995-ci ildən axtarışda olan, Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev qətlə yetirib. Şahid qismində Hacı Məmmədov istintaqa verdiyi ifadəsinə bildirib ki, o, Abşeron rayon polis şöbəsində rəis müavini işlədiyi dövrdə həmin şöbənin rəisi Məmmədəli Əliyevlə aralarında etibar və yaxşı münasibətlər yaranıb. 1993-cü ildə Məmmədəli Əliyev onu, Gürcüstanda anadan olmuş və Bakı şəhərində yaşayan, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir adlı dostu ilə də tanış edib. Cavanşir Piriyevlə işbirliyi olan Məmmədəli Əliyev həm də onun oğluna kirvəlik edib. Məmmədəli Əliyev Abşeron rayon polis şöbəsinin rəisi kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevə hamilik edib, biznesmen isə bunun müqabilində müntəzəm olaraq Məmmədəli Əliyevə “haqq” verib. Məmmədəli Əliyev polis orqanlarından təqaüdə buraxıldıqdan sonra, Cavanşir Piriyevə hamilik imkanı olmadığına görə, sonuncu ona “haqq” verməkdən imtina edib. Cavanşir Piriyevin verdiyi gəlirdən məhrum olan Məmmədəli Əliyev onu tamah məqsədilə 1993-cü il aprelin 13-də “QAZ-2410" markalı avtomobili ilə birlikdə oğurlayıb həyatı və səhhəti üçün təhlükəli üsulla qanunsuz olaraq azadlıqdan məhrum edərək, şəxsiyyəti üzərində zor göstərmək hədə-qorxusu ilə qohumlarından külli miqdarda pul tələb edib. Lakin öz məqsədinə çata bilmədiyinə görə, müvafiq icazə olmadan əldə edib saxladığı avtomat silahdan Cavanşir Piryevi tamah məqsədilə qəsdən öldürmək üçün 4 dəfə atəş açmaqla qətlə yetirib. Məmmədəli Əliyev Cavanşir Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək üçün meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə idarə etdiyi “VAZ-2106" markalı avtomobilin yük yerində gizlədərək, Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb. Bu yeni hal üzrə ifadə verərkən H.Məmmədov deyib ki, törətdiyi və ya iştirak etdiyi digər cinayətlər barədə də danışacaq.

MTN daha bir iş adamını həbs etdi

 

Masallı rayonundan olan biznesmen Bəxtiyar Hüseynovun maşınından narkotika «tapılıb»

Vəkil onun hələ iyulun 27-dən təqib olunduğunu deyir

18 oktyabr 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları Masallı rayonundan olan iş adamı Hüseynov Bəxtiyar Sərdar oğlunu həbs ediblər. Xəbəri Lent.az saytı yayıb. B.Hüseynovun hüquqlarını müdafiə edən vəkil Vidadi Mahmudlunun sözlərinə görə, ona qarşı narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə etməyə, saxlamağa və daşımağa görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə ittiham irəli sürülüb. Ibtidai istintaq MTN-nin Baş Istintaq Idarəsi tərəfindən aparılır. Hüseynovun barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mənbənin məlumatına görə, oktyabrın 11-də Bəxtiyar Hüseynov özünün idarə etdiyi “Toyota Prado” markalı, Az 10-ƏS-110 dövlət qeydiyyat nişanlı avtomaşınla Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlib, avtomobili dayanacağa təhvil verərək, təyyarə ilə Türkiyəyə uçub. Bir həftədən sonra, yəni 18 oktyabr 2008-ci ildə həmin hava limanı vasitəsilə ölkəmizə qayıdaraq, gətirdiyi sənaye mallarının bir hissəsini idarə etdiyi avtomaşına yükləyərək, Bakı şəhəri ilə hərəkət edərkən Hökumət Evinin arxasında MTN-nin əməliyyat işçiləri tərəfindən saxlanılıb. Hacı avtomaşından düşürülərək, başqa maşına əyləşdirilib və MTN-nə aparılıb. Təxminən dörd saatdan sonra ona idarə etdiyi avtomaşının sürücü oturacağının ayaqaltı hissəsində selofan torbaya bükülmüş 69,5 qram narkotik vasitə hesab olunan heroin aşkar edildiyi bildirilib. Hacı israrla narkotik vasitələrin ona məxsus olmadığını bildirir. Vəkil deyir ki, ibtidai istintaq MTN-nin istintaq idarəsində aparılır. Hacı əvvəllər də oxşar vəziyyətlə üzləşib. V.Mahmudlu qeyd edir ki, 27 iyul 2008-ci ildə Salyan rayon polis şöbəsinin əməkdaşları Salyan-Bakı yolunda onun idarə etdiyi yuxarıda göstərilən avtomaşında axtarış aparıblar. B.Hüseynovun oğlunun və qeyrilərinin də maşında olduğu həmin vaxt avtomaşından qanunla qadağan edilmiş predmetlər tapılmayıb: “Hazırda axtarış protokolunun surəti bizdədir. Məhz həmin hadisədən sonra, avqust ayının əvvəllərində B.S.Hüseynov təqib olunması və hüquqlarının pozulması ilə bağlı Daxili işlər naziri Ramil Usubova teleqramlar göndərərək, onu məlumatlandırıb və nazir tərəfindən şəxsən qəbul olunmasını xahiş edib”. Qeyd edək ki, son vaxtlar MTN-nin iş adamlarını həbs etməsi intensivləşib. Bir qədər əvvəl Bakı və Zaqatalada bir neçə iş adamını müxtəlif ittihamlarla təhlükəsizlik xidmətinin əməkdaşları həbs edib.

 

پيام هاي ديگران ()        link        ۱۳۸٧/۸/٩ - علي اكرام